Noyabrın 30-da “İnternational BOKT” QSC tədavül müddəti 60 ay olan 1 milyon manat məbləğində istiqraz yerləşdirib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyi Bakı Fond Birjasına (BFB) istinadən xəbər verir.
Hərrac zamanı 2 investor tərəfindən 1 milyon 35 min manat məbləğində 2 sifariş təqdim edilib.
Hərraca çıxarılmış istiqrazların bütün həcmi (nominal dəyəri 1000 manat olan 1000 ədəd qiymətli kağız) yerləşdirilib.
İstiqrazlar üzrə illik gəlirlilik 18%, faiz ödəniş dövrü isə hər 30 gündən bir təşkil edir.
İstiqrazların ödəmə tarixi 11 noyabr 2028-ci ildir.
Yerləşdirmə üzrə anderrayter “Paşa Kapital İnvestisiya Şirkəti” QSC-dir.
“International BOKT” QSC 2013-cü il mayın 21-dən fəaliyyət göstərir. Təşkilatın yeganə səhmdarı Rifat Həsənovdur. QSC-nin nizamnamə kapitalı 8 milyon manat, aktivləri 28 milyon 961,449 min manat (2022-ci ilin sonuna), kredit portfeli 24 milyon 602,159 min manatdır. 2022-ci ildə BOKT-un xalis mənfəəti 1 milyon 530,034 min manat təşkil edib.*
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət