Azərbaycan Mərkəzi Bankı (AMB) ölkədə inflyasiya tempinin gözlənilən proqnozlardan daha sürətlə azalmasını qeyd edir.
“İdarə Heyətinin pul siyasətinə həsr edilmiş ötən iclasından bəri illik inflyasiya tempi gözləniləndən daha sürətlə azalmışdır. 2023-cü ilin noyabrında 12 aylıq inflyasiya 2.6% təşkil etmişdir. Artıq 3-cü aydır ki, illik inflyasiya hədəf daxilində (4±2%)formalaşır”, - AMB-nin faiz dəhlizinin parametrləri haqqında məlumatında qeyd olunur.
“İnterfaks-Azərbaycan” qeyd edir ki, AMB-nin məlumatına əsasən, Noyabrda deflyasiya müşahidə olunub, dövrə qeyri-xarakterik olaraq istehlakçı qiymətlər indeksi 0.2% azalıb.
Mliyyə tənzimləyicisi hesab edir ki, orta illik inflyasiya xarici və daxili amillərin təsirləri ilə azalıb.
“Xarici mənşəli inflyasiyanın səngiməsi əsasən qlobal iqtisadi aktivliyin azalması və əksər ölkələrdə həyata keçirilən sərt pul siyasəti nəticəsində baş vermişdir. Qlobal əmtəə, xüsusilə də enerji və ərzaq qiymətlərində azalmanın davam etməsi ölkəyə inflyasiya idxalını azaltmışdır”, - bəyanatda deyilir.
AMB Dünya Bankının məlumatına istinadən məlumat verir ki, əmtəə qiymətləri indeksi noyabrda illik əsasda 18.3%, o cümlədən enerji qiymətləri üzrə 23.9%, qeyri-enerji qiymətləri üzrə 4.6% enib.
Bundan başqa, AMB xəbər verir ki, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə isə ərzaq qiymətləri indeksi noyabrda illik əsasda 10.7% azalıb.
“Valyuta bazarında tarazlığın qorunduğu şəraitdə manatın nominal effektiv məzənnəsinin 2023-cü ilin 11 ayında 19.5% möhkəmlənməsi idxal inflyasiyasının azalmasında mühüm rol oynayıb”, - məlumatda deyilir.
Həmçinin, AMB qeyd edir ki, bu dövrdə daxili amillərdən qida emalı sənayesi məhsullarının istehsalçı qiymətləri azalmış (noyabrda illik 2.5% azalma), kənd təsərrüfatı istehsalçı qiymətlərinin artım tempi (noyabrda illik 4.1% artım) aşağı düşüb.
“Bu amillər müəyyən zaman intervalında inflyasiyaya azaldıcı təsir göstərir. Hökumət və Mərkəzi Bank tərəfindən həyata keçirilən antiinflyasiya tədbirləri də inflyasiyanın azalmasına təsir göstərib”, - AMB-dən vurğulanıb. **
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo kart sahibləri pulsuz köçürmələrin rahatlığını yaşayır
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət