Bakıda Azərbaycan və Rusiyanın xarici işlər naziriıləri Araz Əzimov və Aleksandr Qruşko arasında regional və Avropa təhlükəsizliyi məsələri üzrə məsləhətləşmələr aparılıb. Bu barədə RF XİN məlumat verir.
“21-22 dekabr tarixlərində Rusiya Federasiyası xarici işlər nazirinin müavini A.Qruşko Bakıda Azərbaycan Respublikası xarici işlər nazirinin müavini A.Əzimov ilə regional və Avropa təhlükəsizliyi məsələləri üzrə XİN-lərarası məsləhətləşmələr aparıb”, - məlumatda deyilir.
“İnterfaks-Azərbaycan” RF XİN-ə istinadən xəbər verir ki, həmçinin Qruşko Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov və Milli Məclisinin Beynəlxalq məsələlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovilə görüşüb.
“Cənubi Qafqaz və Avropanın təhlükəsizliyi sahəsində mövcud vəziyyət, o cümlədən ATƏT-də qarşılıqlı fəaliyyət, Avropa Şurasındakı vəziyyət, ölkələrimizin Avropa İttifaqı və NATO ilə münasibətləri ətrafında geniş fikir mübadiləsi aparılıb”, - deyə RF XİN-dən məlumat verilib ki, görüş zamanı həmçinin ikitərəfli və beynəlxalq gündəlikdəki aktual məsələlərə toxunulub.
“Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin qorunmasında region dövlətlərinin aparıcı rolu və xüsusi məsuliyyəti vurğulanıb. Hər iki tərəf regional və Avropa təhlükəsizliyi məsələləri üzrə sıx dialoqun davam etdirilməsinə sadiq olduqlarını təsdiqləyib”, - RF XİN-dən əlavə olunub. **
R.Kərimov
AccessBank Əmlakın qiymətləndirməsi üzrə tender elan edir
Azpetrol şirkəti Laçın rayonunda Modul tipli YDM istifadəyə verdi
AccessBank QSC PAM (privileged account monitoring tool) alışı üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo taksit kartı ilə təhsil xərclərini qarşıla!
AccessBank-dan Google Pay istifadəçilərinə keşbek kampaniyası
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət