2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycanda bankların və bank olmayan kredit təşkilatlarının (BOKT) kredit portfeli 17% - 23 milyard 617,99 milyon manata qədər artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
Noyabrda bankların və BOKT-ların kredit portfeli 1,8% və ya 421,5 milyon manat (oktyabrda +0,8% və ya 177,9 milyon manat) artıb.
Noyabrın sonuna vaxtı keçmiş kreditlərin həcmi 440,26 milyon manat (hesabat dövründə azalma 25,8% - İF) və ya bütün kreditlərin 1,9%-ni (2022-ci ilin sonuna 2,9%) təşkil edir.
2023-cü il noyabrın 30-na dövlətin iştirak payına malik olduğu banklar tərəfindən 5 milyard 398 milyon manat (artım 40,1%) və ya bütün kreditlərin 22,9%-i, özəl banklar tərəfindən 17 milyard 483,2 milyon manat (artım 11,1%) və ya bütün kreditlərin 74%-i həcmində kredit verilib. Qalan 736,76 milyon manat (artım 25%) bank olmayan kredit təşkilatlarının payına düşür.
Noyabrın sonuna verilmiş kreditlərin ümumi həcmindən 19 milyard 125,18 milyon manat (artım 18,1%) milli valyuta, 4 milyard 492,8 milyon manat (artım 12,6%) xarici valyuta ilə verilib. Bu dövrdə xarici valyuta ilə verilən kreditlərin xüsusi çəkisi 19% (2022-ci ilin sonuna 19,8%) təşkil edir.
Bankların və BOKT-ların kredit qoyuluşlarının strukturunda 3 milyard 561,4 milyon manat (bütün kreditlərin 15,1%-i) ticarət və xidmət sahələrinin, 743,2 milyon manat (3,1%) mədən sənayesi və elektrik enerjisi, qaz, su təsərrüfatı sektorunun, 538,36 milyon manat (2,3%) kənd/meşə təsərrüfatı və balıqçılıq sahələrinin, 1 milyard 135,98 milyon manat (4,8%) tikinti sektorunun, 1 milyard 165,06 milyon manat (4,9%) sənaye və istehsal sektorunun, 1 milyard 319,57 milyon manat (5,6%) nəqliyyat və rabitə sahələrinin, 13 milyard 788,6 milyon manat (58,4%) ev təsərrüfatlarının, qalan məbləğ isə digər sektorların payına düşüb.
2023-cü ilin yanvar-noyabr aylarında bankların ev təsərrüfatlarının kreditləşdirilməsi üzrə portfeli 22,3% artıb (2022-ci ildə artım 31% təşkil edib).*
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət