İran İslam Respublikasının lideri Ayətullah Əli Xamenei Kirman şəhərində baş verən partlayışlardan sonra İranı ABŞ-la birbaşa qarşıdurmaya cəlb etməkdən çəkinməyə çağırıb. Bu barədə “The New York Times” məlumatlı mənbələrə istinadən məlumat yayıb.
Onların sözlərinə görə, Ayətullah Xamenei hərbi komandirləri “strateji səbir” göstərməyə və nəyin bahasına olursa-olsun İranı ABŞ-la birbaşa hərbi qarşıdurmaya cəlb etməkdən çəkinməyə çağırıb.
O, hərbçilərə cavab tədbirlərini İsrailə qarşı gizli əməliyyatlar və ya “proxy” qrupların ABŞ-ın Suriya və İraqdakı bazalarına hücumları ilə məhdudlaşdırmağı əmr edib.
Xamenei bu yaxınlarda Suriyada bir iranlı komandirin, Beyrutda isə HƏMAS rəsmisinin öldürülməsini və Kirmandakı terror aktlarını “Qəzzadakı müharibə ilə bağlı beynəlxalq qəzəbdən diqqəti yayındırmaq məqsədi daşıyan koordinasiyalı İsrail kampaniyası” kimi qiymətləndirir.
Yanvarın 3-də İran İnqilabı Keşikçiləri Qvardiyasının "Qüds" xüsusi bölməsinin keçmiş komandanı general Qasım Süleymaninin anım günündə Kirman şəhərində bir neçə partlayış baş verib.
İranın xüsusi xidmət orqanları partlayışları terror aktı kimi qiymətləndirir.
Terror aktı nəticəsində 103 nəfər ölüb, ən azı 211 nəfər yaralanıb.
İran hökuməti partlayışlarla bağlı yanvarın 4-nü milli matəm günü elan edib.
İran İslam Respublikasının lideri Ayətullah Əli Xamenei vurğulayıb ki, “düşmənlər bilməlidirlər ki, bu fəlakətə sərt cavab veriləcək”.*
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət