“Azər-Türk Bank” 2023-cü ildə aktivlərini 3,1% - 995,536 milyon manata qədər artırıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyi bankın maliyyə hesabatına istinadən xəbər verir.
2023-cü il dekabrın 31-nə bankın kredit portfeli 447,399 milyon manat (2022-ci ilin sonuna olan göstərici ilə müqayisədə artım 39%) təşkil edib. İstehlak kreditləri üzrə portfel 229,304 milyon manat (artım 59,8%), biznes kreditləri üzrə portfel 47,305 milyon manat (artım 34,2%), daşınmaz əmlakla bağlı kredit portfeli 170,79 milyon manat səviyyəsində (artım 49,4%) qiymətləndirilir.
Bankın öhdəlikləri 911,032 milyon manata (artım 1,7%) bərabərdir. Depozit portfeli 484,586 milyon manat (artım 25,9%), o cümlədən fiziki şəxslərin əmanətləri 214,432 milyon manat (artım 6,6%) təşkil edir.
“Azər-Türk Bank”ın kapitalı 84,504 milyon manata (artım 22,2%), nizamnamə kapitalı 50 milyon manata (dəyişməyib) bərabərdir.
2023-cü ilin yekunları üzrə bankın xalis mənfəəti 14,041 milyon manat (2022-ci illə müqayisədə artım 27,4% - İF) təşkil edib.
“Azər-Türk Bank” 1995-ci ilin may ayında yaradılıb. Bankın əsas səhmdarı Əmlak Məsələləri Dövlət Komitəsidir (75%). “T.C.Ziraat Bankasi” (Türkiyə), “AzRe Təkrarsığorta” şirkəti və “Qala Həyat Sığorta” şirkəti də bankın səhmdarları sırasında yer alır.*
R.Əhmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət