2023-cü ildə “VTB Bank (Azerbaijan)” ASC-nin aktivləri 4,8% - 249,9 milyon manata qədər artıb.
Bankın saytında dərc olunmuş 2023-cü ilin IV rübü üzrə hesabata əsasən, hesabat ilində “VTB Bank (Azerbaijan)”ın kredit portfeli 17,1% - 187,12 milyon manata qədər artıb. Bankın istehlak kreditləri portfeli 74,8 milyon manat (artım 6,2%), biznes kreditləri portfeli 64,551 milyon manat (artım 28,6%), daşınmaz əmlak kreditləri 47,769 milyon manat (artım 22%) təşkil edib.
“VTB Bank (Azerbaijan)” ASC-nin öhdəlikləri 158,845 milyon manat (artım 0,4%), depozit portfeli 89,351 milyon manat (azalma 5,8%), fiziki şəxslərin əmanətləri 65,305 milyon manat (artım 2,4%) təşkil edib.
2023-cü ilin sonuna bankın kapitalı 91,055 milyon manat (artım 13,5%), nizamnamə kapitalı 315,815 milyon manat (dəyişməyib) təşkil edib.
2023-cü ildə fəaliyyətinin yekunları üzrə “VTB Bank (Azerbaijan)” ASC-nin xalis mənfəəti 10,608 milyon manat məbləğində (azalma 10,9%) olub. 2024-cü ilin əvvəlinə bankın bölüşdürülməmiş zərəri 226,225 milyon manat məbləğində qiymətləndirilir.
2008-ci ilin noyabr ayında Azərbaycan Mərkəzi Bankı Rusiyanın “Vneştorqbank”ı (VTB) tərəfindən “AF-Bank”ın səhmlərinin 51%-nin əldə olunmasına dair sövdələşməni təsdiq edib. Bankın səhmdarlarının strukturunda səhmlərin 99,99%-i “Bank VTB” PSC-yə, 0,01%-i fiziki şəxsə məxsusdur.*
R.Əhmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət