“AFB Bank” 2023-cü ildə aktivlərini 17,1% - 330 milyon 667,57 min manata qədər artırıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
Dekabrın 31-nə bankın kredit portfeli 180 milyon 50,33 min manata (2022-ci il dekabrın 31-nə olan göstərici ilə müqayisədə artım 5,4% - İF), istehlak kreditləri 22 milyon 6,87 min manata (artım 15,3%), biznes kreditləri 96 milyon 225,38 min manata (azalma 5,4%), daşınmaz əmlak kreditləri 61 milyon 818,08 min manata (artım 23,4%) bərabərdir.
“AFB Bank”ın öhdəlikləri 249 milyon 998,37 min manat (artım 25,7%) təşkil edir. Bankdakı depozitlər 168 milyon 256,29 min manat (artım 44,8%), fiziki şəxslərin əmanətləri 73 milyon 245,49 min manat (artım 2,4 dəfə) məbləğindədir.
“AFB Bank”ın kapitalı 80 milyon 669,2 min manat (azalma 3,4%), nizamnamə kapitalı 70 milyon 393,455 min manat (dəyişməyib) təşkil edib.
2023-cü ildə fəaliyyətinin yekunları üzrə bankın xalis mənfəəti 7,652 milyon manat (2022-ci illə müqayisədə azalma 29,7% - İF) təşkil edib.
“AFB Bank” 2008-ci il noyabrın 28-də bank fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya alıb. Bankın səhmdarları 3 fiziki şəxsdir.*
R.Əhmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət