2023-cü ildə “Rabitəbank” aktivlərini 19,2% - 1 miyard 138,45 milyon manata qədər artırıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
2023-cü il dekabrın 31-nə bankın kredit portfeli 721,159 milyon manat (2022-ci ilin sonuna olan göstərici ilə müqayisədə artım 18% - İF) təşkil edib. İstehlak kreditlərinin həcmi 239,634 milyon manata (artım 16,5%), biznes kreditlərinin həcmi 345,405 milyon manata (artım 13,1%), daşınmaz əmlakla əməliyyatların kreditləşməsi 136,12 milyon manata (artım 36,3%) bərabərdir.
Bankın öhdəlikləri 1 milyard 22,098 milyon manat (artım 21,2%) məbləğindədir.
“Rabitəbank”da depozitlər 753,824 milyon manat (artım 24,2%), o cümlədən fiziki şəxslərin əmanətləri 445,386 milyon manat (artım 40,5%) təşkil edib.
2023-cü ilin sonuna bankın kapitalı 163,352 milyon manata (artım 4,2%), nizamnamə kapitalı 101,3 milyon manata (dəyişməyib) bərabərdir.
2023-cü ilin yekunları üzrə bankın xalis mənfəəti 13,601 milyon manat (2022-ci illə müqayisədə artım 16,8% - İF) təşkil edib.
“Rabitəbank” ASC 1993-cü ildə yaradılıb və aktivlərinin həcminə görə ölkənin aparıcı banklarının onluğuna daxildir.**
R.Əhmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət