2023-cü ildə “AccessBank”ın aktivləri 19,1% - 1 milyard 392,287 milyon manata qədər artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
31 dekabr tarixinə bankın kredit portfeli 1 milyard 13,765 milyon manata (artım 24,6%) bərabərdir. 227,537 milyon manat istehlak kreditlərinin (artım 30,6%), 780,045 milyon manat biznes kreditlərinin (artım 23%) payına düşüb.
“AccessBank”ın öhdəlikləri 1 milyard 255,172 milyon manat (artım 18,8%) məbləğində qiymətləndirilir. Bankın depozit portfeli 1 milyard 51,575 milyon manata (artım 22,2%) bərabərdir. Fiziki şəxslərin əmanətləri 842,466 milyon manat (artım 17,2%) təşkil edib.
2023-cü ilin sonuna“AccessBank”ın kapitalı 137,115 milyon manata (artım 21,6%), nizamnamə kapitalı 270,107 milyon manata (dəyişməyib) bərabərdir.
Bank 2023-cü ili 39,838 milyon manat məbləğində xalis mənfəətlə başa vurub (2022-ci ilin göstəricisi ilə müqayisədə artım 2,6 dəfə - İF).
“AccessBank” Azərbaycanda 2002-ci ildən fəaliyyət göstərir və aktivlərinin həcminə görə 8-ci yerdədir. Bankın iri səhmdarları Asiya İnkişaf Bankı (20,33%), Avropa İnvestisiya Bankı (17,76%), Beynəlxalq Maliyyə Korporasiyasıdır (15,86%). **
R.Əhmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət