Energetika naziri Pərviz Şahbazov Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktarla görüşüb.
“İnterfaks-Azərbaycan” agentliyi Energetika Nazirliyinə istinadən xəbər verir ki, nazirlər iki ölkənin enerji gündəliyini müzakirə ediblər.
Şahbazov və Bayraktar Azərbaycandan Türkiyə və Avropaya təbii qaz təchizatının mövcud vəziyyəti və uzunmüddətli perspektivlərini, TANAP-ın genişləndirilməsini, həmçinin İğdır-Naxçıvan qaz kəmərinin inşası və bu il istismara verilməsindən irəli gələn məsələləri nəzərdən keçiriblər.
Bundan başqa, Naxçıvanın “yaşıl enerji zonası” kimi inkişafında Türkiyə ilə əməkdaşlığın önəmi vurğulanıb və bu xüsusda burada istehsal olunacaq elektrik enerjisinin Türkiyəyə ixracı, buradan Avropaya nəqli imkanlarının araşdırılması, bu məqsədlə infrastrukturun yaradılması kimi məsələlərin həlli ilə bağlı hər iki tərəfin iştirakı ilə yaradılmış İşçi qrupu çərçivəsində fəaliyyət nəzərdən keçirilib. Bu istiqamətdə növbəti addımlar müəyyənləşdirilib.
Tərəflər, həmçinin bu il Türkiyədə Azərbaycan-Türkiyə 4-cü Enerji Forumunun keçirilməsinə də toxunublar.*
R.Əhmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət