Almaniya 2023-cü ildə Azərbaycandan 4,2 min tona yaxın qabığı təmizlənmiş meşə findığı idxal edib ki, bu da son 6 il ərzində maksimum göstəricidir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyi Almaniya Federal Statistika İdarəsinin (Destatis) materiallarına istinadən xəbər verir.
Statistik məlumatlara görə, 2022-ci illə müqayisədə idxal 73,5% artıb. Hesabat dövründə tədarükün dəyəri 65,7% artaraq təxminən 23,7 milyon avro təşkil edib.
2023-cü ilin dekabr ayında Azərbaycan Almaniyaya 246 tona yaxın meşə fındığı (illik müqayisədə azalma 26,2%) ixrac edib. İxracın həcmi dəyər ifadəsində 17,6% azalaraq 1,5 milyon avro təşkil edib.
Almaniya Federal Statistika İdarəsinin məlumatına görə, 2023-cü ildə Azərbaycan Türkiyə (256,4 milyon avro dəyərində 45,3 min ton), İtaliya (95,8 milyon avro dəyərində 10,2 min ton) və Çilidən (45,5 milyon avro dəyərində 5,9 min ton) sonra Almaniyaya qabığı təmizlənmiş meşə fındığının 4-cü iri tədarükçüsü olub.*
R.Kərimov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət