2023-cü ildə Avropa İttifaqı (Aİ) ölkələrindən Azərbaycana 10 nəfərdən az adamın daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin ixracı 2022-ci illə müqayisədə dəyər ifadəsində 44,9% artaraq rekord 250 milyon avroya çatıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyi Aİ-nin Statistika İdarəsinin (Avrostat) məlumatına istinadən xəbər verir.
Hesabat dövründə əsas ixracatçıların üçlüyünə Almaniya (125,3 milyon avro, artım 31,9%), Slovakiya (62,1 milyon avro, artım 66,4%) və İtaliya (25,9 milyon avro, artım 92,5%) daxil olub.
Hesabat dövrü ərzində Aİ ölkələrindən mühərrikinin həcmi 1500 kubsantimetrdən 3000 kubsantimetrə qədər olanbenzin mühərrikli nəqliyyat vasitələrinin idxalı pul ifadəsində 65,7% 71,2 milyon avroya qədər artıb. Xüsusilə, Almaniyadan Azərbaycana 34,1 milyon avro (artım 2,2 dəfə), Slovakiyadan – 20,1 milyon avro (artım 29,8%), Çexiyadan – 11,1 milyon avro dəyərində (artım 23,4%) belə nəqliyyat vasitələr idxal edilib.
Eyni zamanda, 2023-cü ildə qoşulan hibdrid istisna olmaqla, benzin-hibrid avtomobillərin ixracı pul ifadsində 65,7% 63,9 milyon avroya qədər artıb. Həmçinin, hesabat dövründə Slovakiyadan Azərbaycana belə nəqliyyat vasitələrinin tədarükü 3,6 dəfə 36,9 milyon avroya qədər artıb, Almaniyadan isə 22,6% 20,9 milyon avro qədər azalıb.
Ötən il mühərrikinin həcmi 300 kubsantimetrdən çox olan benzin mühərrikli nəqliyyat vasitələrinin ixracı pul ifadəsində 13,7% 37,4 milyon avroya qədər artıb. Həmçinin, İtaliyadan 21,1 milyon avro (artım 65,7%), Almaniyadan 10,2 milyon avro (azalma 33,3%) belə nəqliyyat vasitələri ixrac olunub.
2023-cü ildə Aİ ölkələrindən elektromobillərin tədarükü pul ifadısində 4,3 dəfə 23,1 milyon avroya qədər, xüsusilə Almaniyadan – 4,8 dəfə 20,6 milyon avroya qədər artıb. **
R.Kərimov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət