Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) respublikada məsuliyyət zonasının nədən ibarət olması ilə bağlı suala cavab verilməsə, təşkilatı tərk edəcək. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
“Əgər KTMT bu suala cavab verərsə və bu cavab bizim baxışlarımızla üst-üstə düşərsə, bu o deməkdir ki, Ermənistanla KTMT arasında bütün məsələlər öz həllini tapıb”, - deyə Paşinyan bu gün keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, əks təqdirdə, Ermənistan KTMT-dən çıxacaq.
Baş nazir Ermənistanın KTMT-dən nə vaxt çıxacağını açıqlamayıb.
Paşinyan bildirib ki, respublikanın KTMT-də iştirakının dondurulması ilə bağlı mövqeyi siyasi qərarla qarışdırılmamalıdır.
“Biz faktiki olaraq KTMT-də iştirakımızı dondurmuşuq, daimi nümayəndəmiz yoxdur, iclaslarda iştirak etmirik. (...) Biz KTMT-nin, hörmətli həmkarlarımızın bir suala cavab vermələrini gözləyirik: “Təşkilatın Ermənistanda məsuliyyət zonası haradadır?”.
O qeyd edib ki, Ermənistan KTMT üçün problem yaratmayıb, “bütün problemlər bu məsələni qaldırdığımız və cavab almadığımız andan başlayıb”.*
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət