Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti (Rosselxoznadzor) dekabrın 24-dən etibarən Azərbaycanın 12 müəssisəsindən pomidor idxalına qoyulmuş qadağanı aradan qaldırır. Bu barədə jurnalistlərə Rosselxoznadzorun direktorunun müavini Anton Karmazin məlumat verib.
Onun sözlərinə görə, 2020-ci ildə Cənubi Amerika pomidor güvəsinin aşkar edilmədiyi rayonlarda yerləşən müəssisələrdən idxala icazə verilir.
"Qərar Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin məktubuna baxıldıqdan sonra qəbul edilib, tədarük agentliyin zəmanəti ilə həyata keçiriləcək", - deyə o bildirib.
Rosselxoznadzor Cənubi Amerika pomidor güvəsinin aşkar edilməsi ilə əlaqədar Azərbaycandan pomidor idxalını dekabrın 10-dan qadağan edib.
Azərbaycan Rusiyaya pomidor tədarükçüləri arasında liderdir. Meyvə-Tərəvəz İttifaqının məlumatına görə, 10 ay ərzində ölkəyə $190 milyon dəyərində 171 min ton pomidor idxal edilib. Bu il Rusiyaya pomidor idxalının ümumi həcmində onun payı 38%-ə çatıb.
Rusiya Kənd Təsərrüfatı Nazirliyi yanında Aqroanalitika Mərkəzinin məlumatına görə, 2019-cu ildə Azərbaycan RF-yə 172,3 min ton pomidor ixrac edib.*
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət