Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağla bağlı danışıqların aparılması və regional problemlərin həlli üçün Azərbaycan Prezidenti İlham Əliyevlə görüşməyə hazır olduğunu bildirib.
“Ermənistan yüksək və ali səviyyədə danışıqlar prosesinə (Azərbaycanla - İF) cəlb olunmağa hazırdır. Konkret təkliflər gözləyirik”, - deyə Paşinyan bu gün hökumətin iclasında bildirib.
Onun sözlərinə görə, təxribat xarakterli bəyanatlardan və hərəkətlərdən çəkinmək lazımdır ki, bu da danışıqlar üçün müvafiq atmosferin formalaşdırılmasında mühüm əhəmiyyət kəsb edəcək.
“Vəziyyətin deeskalasiyası böyük önəm kəsb edir ki, bunu da beynəlxalq monitorinq mexanizmi olmadan təsəvvür etmək çətindir. Hesab edirəm ki, bu, KTMT-nin müşahidə missiyası olmalıdır, əgər bu variant qəbuledilməzdirsə, ATƏT-in Minsk qrupunun həmsədrliyi çərçivəsində müşahidə missiyası alternativ olaraq qalır”, - deyə Paşinyan qeyd edib.
O, mürəkkəb regional problemlərin həllinin zəruri olduğunu bildirib.
“Həlli mümkün olan məsələlərdən biri bölgədə nəqliyyat kommunikasiyalarının açılmasıdır. Bu məsələdə fəal və təşəbbüskar olmaq lazımdır. Azərbaycanla sərhədin demarkasiyası və delimitasiyası məsələsində də mövqeyimiz dəyişməzdir, bu istiqamətdə işləri aktivləşdirmək lazımdır. Regionda düşmənçilik mühitinin dərinləşməsi yolverilməzdir”, - deyə Paşinyan vurğulayıb.
O, Ermənistan, Rusiya və Azərbaycan baş nazirlərinin müavinləri formatında işə başlamağın vacibliyini diqqətə çatdırıb.
Onun sözlərinə görə, regionda sülh, sabitlik, təhlükəsizlik və iqtisadi inkişaf üçün qonşu ölkələrlə normal münasibətlər qurulmalıdır, sərhəd ölkələrlə münasibətlərin dərinləşdirilməsi və ya nizamlanması Ermənistan hökumətinin xarici siyasətinin mühüm istiqaməti olacaq.
Paşinyan, həmçinin bildirib ki, Ermənistan öz silahlı qüvvələrini təcavüz etmək üçün deyil, mümkün təcavüzdən qorunmaq üçün inkişaf etdirir və müasirləşdirir.
“Bizim ərazilər zəbt etmək niyyətimiz yoxdur, niyyətimiz suverenliyimizi və ərazi bütövlüyümüzü qorumaqdır. Təcavüzkar niyyətimiz yoxdur. Bölgədə sülh və sabitlik uzunmüddətli strategiyamızdır. Biz bu gündəliklə bağlı beynəlxalq tərəfdaşlarımızın dəstəyi ilə, lazım gəldikdə isə birbaşa fəal dialoqa başlamağa hazırıq”, - deyə baş nazir qeyd edib.*
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət