Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel məlumat verib ki, bazar günü Brüsseldə onun iştirakı ilə keçirilən Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla üçtərəfli görüşdə yaxın zamanda sərhəd komissiyalarının birinci iclasının keçiriləməsinə dair razılıq əldə olunub. İclasda Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası ilə əlaqədar bütün məsələlər nəzərdən keçiriləcək.
“Yaxın günlərdə dövlətlərarası sərhəddə sərhəd komissiyalarının birinci birgə iclası keçiriləcək, sərhədin delimitasiyası ilə əlaqədar bütün məsələlər, həmçinin stabil vəziyyətin daha yaxşı təminatı ilə bağlı məsələlər nəzərdən keçiriləcək”, - Aİ-nin internet səhifəsində Mişelin sözlərindən sitat gətirilir.
Mişel Brüsseldə keçirilən müzakirələri “səmimi” və “səmərəli” adlandırıb.
“Biz bütün kompleks məsələləri nəzərdən keçirdik. Humanitar məsələləri, o cümlədən minatəmizləmə, saxlanılan şəxslərin azad edilməsi və itkin düşənlərin taleyinin müəyyən edilməsi üzrə səyləri ətraflı müzakirə etdik”, - Avropa İttifaqı Şurasının prezidenti qeyd edib.
Mişel davam edib ki, bazar günü Brüsseldə keçirilən görüşdə Əliyev və Paşinyan nəqliyyat əlaqələrinin açılmasına başlamağın zəruriliyi barədə razılığa gəliblər. Onun sözlərinə görə, tərəflər Naxçıvan və Azərbaycanın qalan ərazisi arasında tranziti tənzimləyən prinsipləri və Ermənistanın müxtəlif hissələri ilə Azərbaycandan keçən, o cümlədən hər iki ölkənin infrastrukturu vasitəsilə beynəlxalq daşımaları razılaşdırıblar.
Xüsusilə, Avropa İttifaqı Şurasının prezidenti qeyd edib ki, tərəflər sərhədlərin idarəedilməsi prinsipləri, təhlükəsizliyi, rüsümlar, həmçinin beynəlxalq daşımlar konteksintdə gömrük qaydalarına dair razılığa gəliblər. Onun sözlərinə görə, yaxın günlərdə bu məsələ ilə iki ölkənin baş nazirlərinin müavinləri məşğul olacaqlar.
Mişel bəyan edib ki, görüş əsnasında tərərflər Ermənistanla Azərbaycan arasında dövlətlərsarası münasibətləri tənzimləyən gələcək sülh sazişinin müzakirəsini davam etdirməyə dair razılaşıblar. İki ölkənin xarici işlər nazirlərinin rəhbərlik etdiyi nümayəndə heyətləri “yaxın həftələrdə” bu məsələ ilə məşğul olacaqlar.
O, həmçinin bəyan edib ki, tərəflər Qarabağda etnik ermənilərin hüquqları və təhlükəsizliyi məsələlərini həll etməlidirlər.
Mişel qeyd edib ki, Aİ hər iki tərəf ilə birlikdə İqtisadi Konsultativ Qrupun fəaliyyətini dəstəkləyəcək.
“Mən, həmçinin əhalinin uzunmüddətli davamlı sülhə hazırlığının vacibliyini vurğuladım. Aİ bu məsələdə öz dəstəyini gücləndirməyə hazırdır”, - Mişel əlavə edib.
O bildirib ki, Brüsseldə üçtərəfli görüşün yekunlarına dair bu formatda dördüncü görüşün cari ilin iyul-avqust aylarında keçirilməsinə dair razılıq əldə olunub.
Bazar günü Brüsseldə Azərbaycan prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel arasında üçtərfli görüş keçirilib.
Bu, Azərbaycan prezidenti və Ermənistanın baş nazirinin Belçikanın paytaxtında keçirilən sayca üçüncü əyani görüşüdür. Daha əvvəl onlar 2021-ci ilin dekabr və 2022-ci ilin aprel ayında görüşüblər. **
R.Kərimov
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət