Rusiyanın baş naziri Mixail Mişustin hesab edir ki, RF və Azərbaycanın nəqliyyat və logistika layihələri iki ölkənin əməkdaşlının inkişafı üçün təkanverici qüvvə olacaq.
“Nəqliyyat sahəsi çox vacibdir, əminik ki, birgə infrastruktur və logistika layihələri əməkdaşlığın bütün kompleksinin inkişafı üçün təkanverici qüvvə olacaq”, - Mişustin cümə günü Azərbaycan prezidenti İlham Əliyevlə görüş zamanı bildirib. O, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin önəmini xüsusi qeyd edib. “2030-cu ilədək bu dəhliz vasitəsilə daşımalrın həcminin illik 15 milyon tonadək artacağına ümid edirik”, - RF-nin baş naziri vurğulayıb.
“Hökumətin xətti ilə iki ölkənin prezidentlərinin qəbul etdikləri qərarların həlli üzrə çox fəal iş aparırıq”, - deyə Mişustin əmin edib. Onun sözlərinə görə, cümə axşamı Azərbaycanın baş naziri Əli Əsədovla danışıqlar zamanı enerji, sənaye, nəqliyyat, mədəni-humanitar sahələrdə qarşılıqlı fəaliyyətə yüksək diqqət ayrılıb, yekunda isə müxtəlif sahələrdə əməkdaşlığın inkişafına dair bir sıra sazişlər imzalanıb.
RF-nin baş naziri əmin edib ki, “ənənəvi olaraq, mədəni-humanitar əlaqələrə xüsusi önəm verilir”. O diqqəti Rusiya ali məktəblərinin filiallarının Bakıda uğurla fəaliyyət göstərmələrinə, Rusiyada Azərbaycandan 11 mindən artıq tələbənin təhsil aldıqlarına yönəldib. “Belə təmaslar ölkələrimizin zəngin ənənələri, mədəniyyəti ilə tanışlığa imkan yaradır”, - Mişustin hesab edir.
“Gələn il biz görkəmli sovet və Azərbaycan dövlət xadimi, atanız Heydər Əliyevin anadan olmasının 100 illiyini qeyd edəcəyik”, - RF Hökumətinin sədri Azərbaycan prezidentinə müraciət edib. Mişustin Azərbaycanda 17 noyabr tarixində qeyd olunan Milli Dirçəliş Günü münasibətilə Əliyevi təbrik edib, RF prezidenti Vladimir Putinin “ən xoş, ən səmimi arzularını” çatdırıb və Bakıda Rusiyanın nümayəndə heyətinə göstərilən səmimi qəbula görə təşəkkür edib. **
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət