Azərbaycan və Türkiyə Hökumətləri arasında İnformasiya Komunikasiya Texnologiyaları (İKT) sahəsində əməkdaşlığın gücləndirilməsi üçün işçi qrupun yaradılması barədə razılıq əldə edilib. Bu barədə Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) saytında yerləşdirilmiş məlumatda bildirilir.
Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov və Türkiyə elm, sənaye və texnologiya naziri Nihat Ergün arasında keçirilən görüşün yekunlarına əsasən bu qərar qəbul edilib.
Ə.Abbasov görüşdə qeyd edib ki, Azərbaycan neft-qaz iqtisadiyyatından texnoloji iqtisadiyyata keçir.”Bu gün bizim iqtisadiyyatımızın inkişaf etməsi üçün elmi- texnoloji tədqiqatlara əsaslanan xidmət və məhsul istehsalına ehtiyac var.Onların beynəlxalq bazarlarda rəqabətədavamlılığının təmin edilməsi üçün böyük layihələrin həyata keçirilməsi vacibdir. Bizim əsas məqsədimiz öz potensialımızdan və Türkiyənin təcrübəsindən istifadə edərək bu sahədə birgə layihələr həyata keçirməkdir. Burada əsas rol özəl sektor və sahibkarlığın üzərinə düşür”,- deyə Ə.Abbasov bildirib.
N. Ergün qeyd edib ki, Azərbaycanda qeyri- neft sektorunun sabit inkişafı bu sahədə birgə əməkdaşlığın vacib amillərindən biridir.
“Biz qeyri- neft sektorunun inkişafına nanotexnologiyalar sahəsində təcrübə mübadiləsi, universitet-sənaye əməkdaşlığının qurulması, texnoloji şirkətlər yaradılması, dövlət dəstəyi göstərilməsi, texnologiya parklarının yaradılması vasitəsi ilə dəstək vermək istəyirik”,- deyə türkiyəli nazir söyləyib.
Ə.Abbasov N.Ergünün rəhbərlik etdiyi idarəni bu il noyabr ayında Bakıda keçiriləcək “BakuTel 2012” sərgisində iştirak etməyə çağırıb və Türkiyə şirkətlərinə məhsul və xidmətlərini nümayiş etdirmək üçün xüsusi pavilyon ayrılacağını vurğulayıb.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət