Rusiya hərbi müəssisəsində Qəbələ RLS-in icarəsinin uzadılması şərtlərinin razılaşdırılmasına Azərbaycan tərəfinin qeyri-konstruktiv yanaşmasından məyus olublar. Bu barədə Rusiyanın Müdafiə Nazirliyinin rəhbərliyinə yaxın mənbə cümə axşamı “İnterfaks-AVN” agentliyinə məlumat verib.
“Heç bir şeylə əsaslandırılmayan illik icarə haqqının on dəfələrlə artımı və icarənin uzun sürməyən müddəti xüsusilə, təəccüb doğurur”, - deyə agentliyin müsahibi bildirib.
Mənbə dəqiqləşdirib ki, təklif edilən illik icarə haqqı Rusiya ərazisində iki yeni analoji stansiyanın inşaat dəyəri ilə müqayisə edilə bilər.
“Bundan başqa, - deyə o qeyd edib, - Qəbələ RLS-ın güclü müasirləşdirməyə ehtiyacı var, bunun keçirilməsi mühüm maliyyə xərcləri ilə əlaqədardır. Buna görə, Rusiya Müdafiə Nazirliyi müasirləşdirməyə qoyulan vəsaitin ödənilməsi üçün ən azı 10-15 il ərzində bu RLS-in istifadəsində maraqlıdır”, - deyə mənbə bildirib.
Onun fikrincə, Azərbaycan tərəfinin tələbləri, “ötən il Rusiya və Azərbaycan arasında yüksək səviyyədə əldə edilən stansiyada Rusiyanın iştirakının qorunmasına dair razılıqlara müvafiq deyil”.
“Rusiya Müdafiə Nazirliyində hesab edirlər ki, formalaşan şəraitə görə, Rusiya tərəfinin Qəbələdən getməkdən başqa digər alternativi qalmır”, - deyə agentliyin müsahibi bildirib.
Öncə raket hücumu haqda xəbərdarlıq vasitələri ordusunun komandanı general-leytenant Nikolay Rodionov “İnterfaks-AVN” agentliyinə bəyan edib ki, əgər Rusiya Qəbələ RLS-in icarəsinin yeni şərtləri haqqında Azərbaycanla razılaşa bilməsə, Armavirdə yeni RLS Qəbələdə stansiyanın mümkün itkisini kompensasiya edə biləcək.
“Biz Armavirdə raket hücumu haqda xəbərdarlıq stansiyası inşa etdik, bu cənub raket üçün təhlükəli istiqaməti Qəbələdə radiolokasiya stansiyasından da yaxşı qoruyacaq. Buna görə, əgər Azərbaycan RLS-in icarəsinin qəbuledilməz şərtlərini irəli sürərsə və ondan imtina etmək lazım olarsa, hərbi-texniki nöqteyi-nəzərdən bizim təhlükəsizliyimizə heç bir zərər olmayacaq”, - deyə N.Rodionov bildirib.
Azərbaycanın Qəbələdə RLS-in icarəsi haqqında yeni razılaşma üzrə danışıqlarda illik ödənişi $7 mln.-dan $300 mln.-a qədər artırmağı tələb etdiyi barədə məlumatı o belə şərh edib.
"Şübhə edirəm ki, Azərbaycan tərəfi bu cür tamamilə qəbuledilməz şərtlər irəli sürə bilər. Bununla o çoxlu sayda azərbaycanlıların işlədiyi stansiyanın bağlanmasına səbəb ola bilər. Qəbələdə RLS hələ Azərbaycanın əvvəlki prezidenti Heydər Əliyevin zamanında tikilib. O, stansiyanın regionda yeni iş yerləri yaratmasına ayrıca qayğı göstərirdi. Onun xahişi ilə stansiya yaxınlığında kiçik sənaye müəssisəsi də yaradılıb. Mənim fikrimcə, stansiyanın saxlanılması öncə Azərbaycanın özünə sərfəlidir”, - deyə N.Rodionov bildirib.
O qeyd edib ki, bu gün Armavirdə RLS döyüş növbəsində durur. "İl ərzində o kondisiyaya çatdırılacaq, verilən parametrlərə uyğunlaşacaq və həm də ən yaxşı etibarlılıq xarakteristikaları ilə Qəbələnin mümkün itkisini tamamilə kompensasiya edir”, - deyə ekspert bildirib.
Onun sözlərinə görə, Armavirdə tikilən yüksək zavod hazırlıqlı “Voronej-DM” yeni nəsil üfüqüstü uzaq aşkaretmə radiolokasiya stansiyasıdır. “Onun sahə sektoru Qəbələdə stansiyadan 2,5 dəfə çoxdur. Bu səbəbdən Azərbaycan stansiyasını itirmək Rusiya raket hücumu haqda xəbərdarlıq sistemi üçün kritik olmayacaq”, - deyə N.Rodionov izah edib.
Öncə Rusiyanın müdafiə nazirinin müavini Anatoli Antonov Azərbaycanın Qəbəklə RLS-ıın icarəsi üçün $300 mln. istədiyi barədə məlumatı şərh edərək bildirib ki, Qəbələ RLS-ın icarə müddətinin uzadılması ilə bağlı Rusiya və Azərbaycan arasıda danışıqlar konstruktiv keçir.
“Qəbələ RLS-lə bağlı danışıqlar davam edir, birinci raund çox konstruktiv keçib. Yaxın zamanda Rusiya nümayəndə heyətinin danışıqları davam etdirmək üçün Azərbaycana səfərinin tarixini azərbaycanlı həmkarlarımızla müəyyən edəcəyik”, - deyə A.Antonov məlumat verib.
O xatırladıb ki, danışıqların birinci raundu 2012-ci ildə artıq keçirilib. Burada Rusiya tərəfini Müdafiə naziri Anatoli Serdyukov, Azərbaycan tərəfini – hökumətin birinci baş nazirinin müavini Yaqub Eyyubov təmsil edib.
“Qəbələ RLS-lə bağlı danışıqların davam etdirilməsi üçün Azərbaycana səfər edəcək Rusiya nümayəndə heyətinə mən rəhbərlik edəcəyəm”, - deyə A.Antonov bildirib.
İnformasiya-analitik mərkəz statusu ilə “Dəryal” RLS Qəbələ rayonunun ətrazisində yerləşir və Azərbaycanın mülkiyyətinə aiddir. Bu obyekt 2002-ci ildə Azərbaycan və Rusiya parlamentlərinin ratifikasiya etdikləri saziş əsasında 10 il müddətinə Rusiya tərəfinə icarəyə verilib. İcarə haqqı – illik $7 mln. təşkil edir. İnformasiya-analitik mərkəz statusuna malik stansiyanın icarəsi barədə qüvvədə olan saziş 2012-ci ildə bitir.
Xəbər verildiyi kimi, RF müdafiə naziri Anatoli Serdyukov 2011-ci ilin iyul ayında Bakıda keçirilən danışıqlar zamanı Rusiyanın Qəbələ RLS-in icarəsi ilə bağlı yeni sazişin hazırlanması barədə razılığa gəlib.
Ekspertlərin rəyinə görə, Qəbələ RLS Rusiyanin RƏM sisteminin vacib elementidir, stansiya cənub istiqamətindən mümkün raket zərbələri barədə öncədən xəbərdarlığı təmin edir. Rusiya ABŞ-a Qəbələ RLS-i birgə RƏM maraqları çərçivəsində istifadə etməyi təklif edib.
RF Müdafiə Nazirliyinin mətbuat xidməti və informasiya İdarəsinin məlumatına görə, A.Serdyukov və Y.Eyyubovun arasında keçirilən danışıqlar zamanı müvafiq ikitərəfli sənədin hazırlanması və vaxtında imzalanması məqsədilə bu məsələyə dair məsləhətləşmələrin davam etdirilməsi barədə razılıq əldə edilib.
Öncə, 2011-ci ilin noyabr ayında A.Serdyukov bəyan edib ki, Rusiya Qəbələ RLS-i tam yenidən qurmağı planlaşdırır.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
TuranBank İçərişəhərdə yeni şöbəsini müştərilərin istifadəsinə verdi
Yelo Bank ilə biznes hədəflərinizə çatmaq asandır
“Bakcell”in Baş İcraçı Direktoru Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşüb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət