Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsi ümumilikdə bütün region üçün təhlükəlidir. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə axşamı Bakıda Birinci Cənubi Qafqaz Forumunun açılış mərasimində bəyan edib.
“Dağlıq Qarabağ münaqişəsi təkcə Azərbaycan üçün deyil, həm də bütün region üçün təhlükə mənbəyidir. Biz münaqişəni beynəlxalq hüququn norma və prinsipləri əsasında həll etmək və bununla da öz ərazi bütövlüyümüzün bərpasına nail olmaq istəyirik”, - deyə İ.Əliyev bildirib.
O xatırladıb ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və onu əhatə edən 7 rayon işğal altındadır.
“BMT 4 qətnamə qəbul edib. Təəssüf ki, həmin qətnamələr 20 ildən çoxdur yerinə yetirilmir və bu nöqteyi-nəzərdən beynəlxalq təşkilatların fəaliyyətinin səmərəliliyi sual doğurur”, - deyə Prezident vurğulayıb.
“Biz iqtisadi-siyasi islahatlarımızı davam etdirəcəyik. Çünki nə qədər güclü olarıqsa, münaqişəni bir o qədər tez aradan qaldıra bilərik”, - deyə dövlət başçısı qeyd edib.
İ.Əliyev regional əməkdaşlıq barəsində danışarkən Azərbaycan-Gürcüstan münasibətlərini xüsusi qeyd edib.
“Azərbaycan və Gürcüstan arasında əməkdaşlıq regional münasibətlərin ən yaxşı nümunəsidir. Lakin təəssüf ki, bizim üçüncü qonşumuzla münasibətlərimiz gərgindir. Bu, region üçün xoşagəlməz haldır”, - deyə Prezident qeyd edib. Onun sözlərinə görə, Ermənistan işğal etdiyi torpaqları azad etmədən bu ölkə ilə əməkdaşlığı bərpa etmək mümkün deyil.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət