Trans-Adriatik qaz kəmərinin (Trans Adriatic Pipeline, TAP) inşası layihəsi Azərbaycan qazının Avropaya nəqli üçün birinci addımdır. Bu barədə SOCAR-ın (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) prezidenti Rövnəq Abdullayev cümə günü mətbuat konfransında bəyan edib.
Cümə günü “Şahdəniz” konsorsiumu TAP qaz kəmərinin inşa layihəsini rəsmi olaraq “Şahdəniz” yatağının işlənməsi üzrə “Mərhələ-2” çərçivəsində qazın Avropaya ixrac marşrutu elan edib.
R.Abdullayev qeyd edib ki, marşrut seçimi Azərbaycan qazının Avropaya nəqli üçün ciddi irəliləyişdir.
“Lakin qaz nəqli yalnız “Mərhələ-2” çərçivəsində hasil edilən qazın tədarükü ilə məhdudlaşmır, çünki Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatları 2 trln. kubmetr təşkil edir. Buna görə TAP-ın seçilməsi Azərbaycan qazının Avropaya nəqli üçün ilk addımdır”, - deyə SOCAR prezidenti bildirib.
Onun sözlərinə görə, Cənub qaz dəhlizinin açılması ildə 10 mlrd. qaz nəqli ilə məhdudlaşmayacaq. “Bu böyük zəncirin yalnız bir halqasıdır. Azərbaycan Avropa Komissiyası ilə Bolqarıstan, Rumıniya və Macarıstana qaz nəqli məsələsi üzərində də işləyir”, - deyə o söyləyib.
“Biz “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun, “Şəfəq-Asiman”, “Ümid”, “Abşeron” yataqlarının dərin qatlarındakı qaz laylarının işlənməsi ilə bağlı ikinci qaz dalğasını aydın görürük. Bu, TAP layihəsinin iqtisadi potensialını gücləndirəcək və “Nabucco-West” qaz kəmərini qazla təmin edəcək”, - deyə o əlavə edib.
R.Abdullayev vurğulayıb ki, Azərbaycan Avstriyaya perspektiv qaz nəli istiqaməti kimi baxır, “buna görə də “Nabucco-West” qaz kəməri gündəmdə qalmaqdadır”.
“Biz “Şahdəniz”lə yanaşı, digər qaz layihələrini də nəzərdən keçiririk. 2020-ci illərin əvvəlində biz əlavə həcmdə qaz ixrac edə biləcəyik. Bu, yeni qaz ixracı marşrutlarının yaradılmasını tələb edəcək”, - deyə o əlavə edib.
Xəbər verildiyi kimi, “Şahdəniz” konsorsiumu “Mərhələ-2” çərçivəsində Azərbaycan qazının ixracı üçün Trans-Adriatik qaz kəməri və “Nabucco West” boru kəməri layihələri arasında seçim edirdi. Marşrutun seçilməsi ilə bağlı son qərar 2013-cü ilin iyun ayının sonunadək qəbul edilməli idi.
Avstriyanın “OMV” şirkətinin çərşənbə günü yaydığı məlumatda deyilir ki, “Şahdəniz” “Nabucco Gas Pipeline International GmbH”in səhmdarı kimi “OMV”yə Avropaya qaz nəqli üçün üstünlük verilən marşrutla bağlı qərarını bildirib. “Nabucco West” layihəsi konsorsium tərəfindən seçilməyib.
TAP layihəsi “Mərhələ-2” çərçivəsində “Şahdəniz” yatağından təbii qazın Yunanıstan və Albaniyadan Qərbi Avropaya nəqlini nəzərdə tutur. Boru kəmərinin gücü ildə 10 mlrd. kubmetr qaz təşkil edir. Lakin tələb və təklifdən asılı olaraq bu rəqəmin 20 mlrd. kubmetrə çatdırılması mümkündür.
“Nabucco West” layihəsi “Nabucco” boru kəmərinin qısaldılmış variantıdır və Türkiyə-Bolqarıstan sərhədindən Avstriyanın Baumqarten şəhərinədək qaz kəmərinin çəkilməsini nəzərdə tutur.
“Şahdəniz” yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya olunub. “Şahdəniz” layihəsinin iştirakçıları “BP” (operator – 25,5%), “Statoil” (25,5%), SOCAR (10%), “LUKOIL” (10%), “NICO” (10%), “Total” (10%) və “TPAO” (9%) şirkətləridir. “Mərhələ-2” üzrə qaz hasilatı 2018-ci ilə nəzərdə tutulub. İllik hasilatın həcmi 16 mlrd. kubmetr qaz təşkil edəcək. Bunun 10 mlrd. kubmetri Avropa, 6 mlrd. kubmetri isə Türkiyənin qərb regionlarına nəql olunacaq.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət