Azərbaycan Mərkəzi Bankı (AMB) 2013-cü ilin I yarısında kredit və depozitlər üzrə orta dərəcələrin bir qədər azaldığını qeyd edir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
2013-cü il iyulun 1-nə milli valyuta ilə kreditlər üzrə orta dərəcə 14,21% təşkil edib. 2012-ci ilin yekunları üzrə bu göstərici 15,2%-ə bərabər olub.
Xarici valyuta ilə kreditlər üzrə orta dərəcə 14,71% təşkil edib, 2013-cü ilin əvvəlinə bu göstərici 15,8% səviyyəsində olub.
Bununla yanaşı, iyulun əvvəlinə hüquqi şəxslər üçün milli valyuta ilə kreditlər üzrə orta dərəcə 11,6% ( 2012-ci ilin sonuna 13,32%), xarici valyuta ilə 11,18% (13,22%) təşkil edib.
I yarımilliyin sonuna fiziki şəxslər üçün milli valyuta ilə kreditlər üzrə orta dərəcə 18,05% (18,25%), xarici valyuta ilə 21,47% (22,06%) təşkil edib.
AMB-nin məlumatına görə, hesabat dövründə bankların cəlb etdiyi depozit və əmanətlər üzrə orta dərəcələrin bir qədər azalması müşahidə olunub.
2013-cü ilin iyun ayının sonuna milli valyuta ilə depozit və əmanətlər üzrə orta dərəcə 2012-ci ilin sonuna olan 9,99%-ə qarşı 9,57% təşkil edib.
İyulun əvvəlinə xarici valyuta ilə əmanətlər üzrə orta dərəcə 2012-ci ilin dekabr ayının sonuna olan 10,18%-ə qarşı 10,11% təşkil edib.
İyulun əvvəlinə hüquqi şəxslər üçün milli valyuta ilə əmanət və depozitlər üzrə orta dərəcə 5,14% (2012-ci ilin sonuna 6,95%), xarici valyuta ilə 3,77% (3,69%) təşkil edib.
I yarımilliyin sonuna fiziki şəxslər üçün milli valyuta ilə əmanət və depozitlər üzrə orta dərəcə 10,05% (10,25%), xarici valyuta ilə 10,58 % (10,75%) olub.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət