Serj Sarkisyan kimi insanların Ermənistan hakimiyyətində qalması Azərbaycanın işğal olunmuş torpaqlarının azad edilməsini tezləşdirəcək. Azərbaycan prezidenti İlham Əliyev belə hesab edir.
“İndiki Ermənistan rəhbərliyi və onların rəhbəri Sarkisyan nə qədər hakimiyyətdə qalsa, bizim torpaqlarımız o qədər də tez azad olar”, - deyə İ.Əliyev Azərbaycanın qərb bölgəsinə səfəri çərçivəsində Bərdə şəhərində çıxışı zamanı bəyan edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Prezident qeyd edib ki, S.Sarkisyan və ətrafındakılar Ermənistanı tənəzzülə aparır.
“Onlar artıq uçurumdadırlar. Çünki iqtisadiyyat çöküb, əhali qaçır. Elə onların özlərinin rəsmi statistikasına görə, hər il 80 min erməni bu ölkəni birdəfəlik tərk edir. Belə getsə, 5-6 ildən sonra orada bir milyondan az adam qalacaq”, - deyə İ.Əliyev bildirib.
Prezidentin sözlərinə görə, bu proses tədricən daha da sürətlə gedəcək.
“Çünki həm gücümüz artır, eyni zamanda, biz Ermənistanı müəyyən qədər təcrid vəziyyətində saxlayırıq. Bu, tam təcrid deyil, çünki onların digər qonşularla sərhədləri açıqdır. Ancaq Azərbaycan və Türkiyə sərhədləri bağlı olduğu üçün bu, müəyyən mənada onlara ciddi iqtisadi zərbədir. Əlbəttə ki, torpaqlar işğaldan azad olunana qədər bu vəziyyət belə olacaq, belə də olmalıdır”, - deyə İ.Əliyev vurğulayıb.
Prezident bəyan edib ki, Azərbaycanın ərazi bütövlüyü bərpa ediləcək.
“Müxtəlif amillər var. Birincisi, Azərbaycan inkişaf edir, Ermənistan isə tənəzzülə gedir. Azərbaycan getdikcə güclənir, Ermənistan getdikcə zəifləyir. Azərbaycanın iqtisadi, hərbi gücü artır, Ermənistan isə artıq etiraf edib ki, öz gücünə öz təhlükəsizliyini təmin edə bilmir və son hadisələr bunun əyani sübutudur”, - deyə dövlət başçısı qeyd edib.
İ.Əliyevin sözlərinə görə, həmçinin dünya mətbuatı qeyd edir ki, Ermənistan öz təhlükəsizliyini təmin edə bilmədiyi üçün müxtəlif addımlara əl atır.
“Biz isə tam şəkildə özümüz öz hesabımıza yaşayırıq, öz inkişafımızı da, təhlükəsizliyimizi də özümüz təmin edirik. Ondan sonra demoqrafiya məsələləri var. Mən bu məsələni dəfələrlə vurğulamışam. Bizim əhalimiz müharibə dövründən bəri nə qədər artıb?! Azərbaycanda 9 milyon 400 mindən artıq vətəndaş var. Ermənistanda isə azalıb. İndi iki milyondan azdır”, - deyə prezident vurğulayıb.
İ.Əliyev azərbaycanlı qaçqın və köçkünlərin problemlərinə də toxunub.
“Hər il Azərbaycanda 20 min köçkün yeni evlərə, mənzillərə köçürülür. Yəni hər il Azərbaycanda köçkünlər üçün orta həcmli şəhər boyda şəhərcik tikilir. Bu, əlbəttə ki, böyük vəsait tələb edən layihədir. Ancaq Azərbaycan dövləti bunu edir. Hər il Dövlət Neft Fondundan sırf tikinti məqsədləri üçün 300 milyon manat vəsait ayrılır”, - deyə dövlət başçısı qeyd edib.
O, bu prosesin gələcək illərdə də davam etdiriləcəyinə ümid etdiyini bildirib.
“Hələ öz növbəsini gözləyən köçkünlər çoxdur, o cümlədən Bərdə rayonunda. Burada 4 min köçkün yaşayacaq. Amma təkcə Bərdə rayonunda mənzil şəraiti yaxşı olmayan köçkünlərin sayı 30 mindən çoxdur. Onların da şəraiti yaxşılaşdırılacaq. İndi biz əlimizdən gələni edirik ki, tezliklə köçkünləri gözəl şəraitlə təmin edək, Bakıda da, rayonlarda da. Evlərə, mənzillərə təxminən 180 min köçkün köçürülüb. Ancaq hələ də məktəblərdə yaşayanlar var”, - deyə İ.Əliyev qeyd edib.
Prezidentin sözlərinə görə, əsas məsələ məcburi köçkünlərin öz dədə-baba torpaqlarına qayıtmasıdır.
“Əminəm ki, biz onu da həll edəcəyik, çünki başqa yol ola bilməz. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməlidir və edəcək. Bu məsələ ölkəmiz, xalqımız üçün ən vacib məsələdir. Bu ədalətsizliyə son qoyulmalıdır. Ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir. Haqq-ədalət bərpa edilməlidir. Əminəm ki, biz buna da nail olacağıq. Bu gün artan iqtisadi, hərbi gücümüz bunu təmin edəcək. Mənim heç bir şübhəm yoxdur ki, Azərbaycan öz ərazi bütövlüyünü tam şəkildə bərpa edəcək, köçkünlər Dağlıq Qarabağa, digər torpaqlara qayıdacaqlar. Ondan sonra Dağlıq Qarabağda, Xankəndidə, Şuşada Ağdamda, digər şəhərlərdə bundan da gözəl binalar tikiləcək”, - deyə İ.Əliyev vurğulayıb.
Dövlət başçısı həmçinin həyata keçirilən “Xocalıya ədalət” kampaniyasının səmərəliliyini qeyd edib.
“Artıq beş ölkə Xocalı soyqırımını rəsmən soyqırım kimi tanıyır. Yəni, bu, “Xocalıya ədalət” kampaniyasının nəticəsidir. Çünki bu, bir ictimai hərəkat idi. Ondan sonra, mən açığını deməliyəm, dövlət qurumları - nazirliklər, diaspor təşkilatları da bu ictimai hərəkata qoşuldu və böyük bir hərəkat yarandı. Müxtəlif ölkələrə məktublar, təqdimatlar göndərildi. Bu gün artıq bu proses gedir. Xocalı qırğınını soyqırımı kimi tanıyan ölkələrin sayı getdikcə artacaq. Biz düşmənə hər tərəfdən təzyiq etməliyik, iqtisadi, siyasi, hərbi, ictimai, bütün istiqamətlərdən öz siyasətimizi aparacağıq. Çünki bizim bir əsas məqsədimiz var: ərazi bütövlüyümüzün bərpası, köçkünlərin öz doğma torpaqlarına qayıtması və tarixi ədalətin bərpası”, - deyə İ.Əliyev bəyan edib.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət