Azərbaycan Auditorlar Palatası ilə Gürcüstan Auditorlar, Mühasiblər və Maliyyə Menecerləri Federasiyası arasında Anlaşma Memorandumu imzalanıb. Bu barədə Auditorlar Palatasının saytında məlumat verilir.
Memorandumun məqsədi hər iki ölkənin iqtisadi mühit şəraitində mühasibat və audit peşələrinin inkişaf etdirilməsi və beynəlxalq audit standartlarına uyğunlaşma prosesinin sürətləndirilməsini təmin etməkdən ibarətdir.
Qurumlar aşağıdakı istiqamətlərdə bərabərhüquqlu əməkdaşlığa dair razılığa gəliblər: tərəflərin peşə fəaliyyətini həyata keçirən zaman iki qurumun və onun üzvlərinin davamlı olaraq ixtisaslaşdırma proqramlarında iştirak etmələrini qarşılıqlı şəkildə dəstəklənməsi;auditorların və üzvlərin fəaliyyətindəki etik, təhsil və keyfiyyətlə bağlı cəhətlərinin qarşılıqlı şəkildə gücləndirilməsinə əlverişli şərait yaradılması; milli və beynəlxalq tədbirlərdə (seminarlar, konfranslar, peşə fəaliyyəti ilə bağlı müxtəlif tədbirlər) bilavasitə iştirak edilməsi; peşəkar qurumlar tərəfindən çap etdirilən kitablar, jurnallar və s. nəşrlər haqqında vəsaitlərin mübadiləsi və.s.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət