“Mərhələ-2” çərçivəsində “Şahdəniz” yatağından Avropaya qaz tədarükünü təmin etmək üçün $50 milyarddan çox investisiya tələb olunacaq. Bu barədə energetika naziri Natiq Əliyev çərşənbə günü I Beynəlxalq Xəzər Enerji Forumu-2014-də (Caspian Energy Forum-2014) çıxışı zamanı bəyan edib.
“BMT-nin statistik məlumatlarına əsasən, Xəzər regionunda yeni neft-qaz yataqlarının açılması gözlənilir ki, onların hesabına 2035-ci ilə qədər bu regionda neft və qaz ehtiyatları 2 dəfə artacaq. Beləliklə, bu regionun əhəmiyyəti gələcəkdə yalnız artacaq”, - deyə N.Əliyev vurğulayıb.
Onun sözlərinə görə, hazırda Xəzər regionunda təsdiq edilmiş neft ehtiyatları dünyanın təsdiq edilmiş neft ehtiyatlarının 3,5-4%-ni, qaz ehtiyatları isə 7-11%-ni təşkil edir. “Bununla yanaşı, dünyada istehlak olunan enerji resurslarının cəmi 1,4%-i Xəzər regionunun payına düşür. Bu o deməkdir ki, bu region böyük ixrac potensialına malikdir”,- deyə nazir əlavə edib.
N.Əliyev qeyd edib ki, Şimali Afrika ölkələrində və hazırda Ukraynada baş verən hadisələr digər ölkə və regionların iqtisadiyyatına öz təsirini göstərir.
“Enerji problemi dünyanın ən böyük problemlərindən biri olaraq qalır və hər bir ölkə bütün mümkün vasitələrlə özünün enerji təhlükəsizliyinin təminatı məsələsini həll etməyə çalışır. Bununla yanaşı, onlar inhisarçılıqdan uzaq olmağa və enerji resurslarının tədarük mənbələrini şaxələndirməyə çalışırlar. Xəzər regionu böyük enerji resursları ehtiyatlarına görə hazırda dünyanın diqqət mərkəzindədir”,- deyə nazir vurğulayıb.
O qeyd edib ki, AB ölkələri Xəzər regionu ilə sıx əməkdaşlıq edir.
“Azərbaycan qazının Avropaya nəqli üzrə miqyaslı layihə həyata keçirilir. “Mərhələ-2” çərçivəsində “Şahdəniz” yatağından Avropaya qaz tədarükünü təmin etmək üçün $50 milyarddan çox investisiya lazım olacaq. Bu məsələdə böyük problemlər var. Onlar həlli tələb olunan böyük siyasi, texnoloji və ekoloji risklərlə əlaqədardır”, - deyə N.Əliyev bildirib.
Nazir Azərbaycanın Xəzər regionunda böyük əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.
“Bir neçə il ərzində uğurlu enerji siyasətinin həyata keçirilməsi sayəsində Azərbaycanda neft hasilatı ildə 43-50 mln. ton təşkil edir. Biz qaz hasilatının həcmini ildə 30 mlrd. kubmetrə çatdırmışıq, lakin bu, son hədd deyil və bu həcmi artırmaq üçün böyük potensial var”,- deyə N.Əliyev qeyd edib.
Onun sözlərinə görə, son 5 il ərzində Azərbaycan enerji gücünü 30% yeniləyib.
“Beləliklə, bu gün Azərbaycan həm ənənəvi enerji mənbələri, həm də ən müasir elektrik enerjisi növləri hesabına özünün enerji təhlükəsizliyini təmin edir”,- deyə o vurğulayıb.
“Şahdəniz” yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya edilib.
“Şahdəniz” layihəsinin iştirakçıları BP (operator – 28,8%), “Statoil” (15,5%), SOCAR (16,7%), “LUKoil” (10%), NICO (10%), “Total” (10%) və TPAO (9%) şirkətləridir.
“Mərhələ-2” üzrə qaz hasilatı 2018-ci ilə planlaşdırılıb. İllik hasilat həcmi 16 mlrd. kubmetr təşkil edəcək. “Mərhələ-2” $28 mlrd. səviyyəsində dəyərləndirilir.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azerconnect Group «Best Managed Companies Azerbaijan 2024» mükafatına layiq görüldü
Citynet GameSummit festivalının əsas tərəfdaşıdır
Yelo Bank ilə Autizm Futbol klubu arasında dostluq oyunu baş tutub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət