Ukrayna öz enerji təhlükəsizliyinin təminatı üçün böyük potensiala malikdir. Bu barədə energetika naziri Natiq Əliyev bazar ertəsi VII Xəzər neft-qaz ticarət-nəqliyyat konfransında bəyan edib.
“Hər bir ölkə xaricdən enerji resurslarının tədarükünə ümid etmədən öz resurslarından maksimal dərəcədə istifadə etməlidir ki, onların gözlənilmədən bitdiyi halda məyus olmasın. Ukraynaya ilk öncə özünə, öz resurslarına bel bağlamağı məsləhət görürəm. Bu ölkənin öz enerji təhlükəsizliyini təmin etmək üçün bir çox perspektiv istiqamətləri var”, - deyə N.Əliyev vurğulayıb.
Onun sözlərinə görə, Ukraynanın daş kömür ehtiyyatları 80-100 ilə kifayət edəcək.
“Lakin Ukraynanın enerji resursları üzrə ən böyük perspektivləri qaz ehtiyatlarının aşkar olunduğu Qara dəniz regionu ilə bağlıdır”, - deyə nazir qeyd edib.
O, həmçinin bəyan edib ki, Azərbaycan energetika sahəsində Ukrayna ilə əməkdaşlığı davam etdirmək niyyətindədir.
“Dörd il əvvəl Azərbaycan neftinin Ukraynaya tədarükünə başlanılıb. Bundan başqa, biz bu ölkənin iqtisadiyyatına vəsait yatırmışıq, terminal və geniş yanacaqdoldurma məntəqələri şəbəkəsi yaratmışıq. Ukrayna ilə əməkdaşlığı davam etdiririk və mövcud təcrübə və potensial (əməkdaşlığın inkişafı üçün – İF-Az) davam etdiriləcək”, - deyə N.Əliyev vurğulayıb.
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət