Prezident İlham Əliyev cümə axşamı Ağdaş meyvə emalı zavodunun açılışında iştirak edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Ümumi dəyəri 4,2 mln. manat olan müəssisənin tikintisində İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən ayrılan 1,9 mln. manat güzəştli dövlət kreditindən istifadə olunub.
Ümumi sahəsi 2 min kvadratmetr olan zavod quru meyvə, bəhməz istehsalı və köməkçi sahələrdən ibarətdir. Hazır məhsullar daxili bazara yönəldilməklə yanaşı, xarici ölkələrə də ixrac olunacaq.
Bəhməz istehsalı sahəsi Türkiyənin STK şirkətinin bişirmə sobaları, soyutma, süzmə və qablaşdırma avadanlığı əsasında qurulub. Müxtəlif xəstəliklərin müalicəsi üçün təbabətdə geniş istifadə olunan bu məhsulun Azərbaycanda ilk dəfə sənaye üsulu ilə istehsalı məhz bu zavodda həyata keçiriləcək. Tələbata uyğun olaraq əsasən tut, xurma, üzüm və zoğal kimi meyvələrdən il ərzində 20 ton bəhməz istehsal olunması planlaşdırılır.
Zavodun bu istehsal sahəsində, eyni zamanda qatılaşdırılmış süd hazırlanacaq ki, bundan un məmulatı və dondurma istehsal edən müəssisələrdə xammal kimi geniş istifadə olunacaq.
Dövlət başçısının diqqətinə çatdırılıb ki, zavod İSO-2005 beynəlxalq təhlükəsizliyin idarə edilməsi sertifikatı alıb. Layihənin icrası nəticəsində 30 yeni iş yeri yaradılıb.
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Yerli avto nəqliyyat daşıyıcılarından növbəti uğur!
AccessBank QSC Prolongation of HPE equipments support 2024 üzrə tender elan edir
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Bank Respublika biznes müştəriləri üçün “Mobil Ofis Biznes” tətbiqini yenilədi!
Yelo Bank-ın dəstəyi ilə “Eko Dilçilik” beynəlxalq forumu keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət