Cümə günü Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Aİ-nin Avropa Qonşuluq Siyasəti çərçivəsində icra olunacaq “Əlilliyi olan şəxslər üçün tibbi-sosial reabilitasiya sisteminin inkişaf etdirilməsi istiqamətində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə dəstək” adlı yeni Tvinninq layihəsinin təqdimatı olub.
“Yeni Tvinninq layihəsinin məqsədi Azərbaycanın əlilliyi olan şəxslərlə bağlı qanunvericiliyinin qabaqcıl Avropa dövlətlərinin təcrübəsi əsasında təkmilləşdirilməsi, ölkədə tibbi-sosial reabilitasiya sisteminin inkişaf etdirilməsidir”, - deyə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bəyan edib. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Nazir qeyd edib ki, 2014-2016-cı illəri əhatə edən bu layihə çərçivəsində ölkəmizdə tibbi-sosial reabilitasiya sisteminin inkişafına dair strategiya sənədi və Master Plan, əlilliyi olan şəxslər üçün fərdi dəstək planları və proqramları, onların tətbiqi üçün mexanizmlər hazırlanacaq.
Onun sözlərinə görə, əlillərin sosial müdafiəsi, tibbi-sosial ekspertiza və əlillərin bərpası sahələrində çalışan işçi heyətin peşəkar bilik və bacarıqları artırılacaq.
“Eyni zamanda tibbi-sosial reabilitasiya sisteminin monitorinqi, qiymətləndirilməsi və hesabatlılıq sisteminə yenidən baxılaraq Avropa standartlarına uyğunlaşdırılması üçün təkliflər hazırlanacaq”, - deyə S.Müslümov vurğulayıb.
Nazir bildirib ki, layihə Fransa və Almaniyanın müvafiq dövlət qurumları ilə qarşılıqlı əməkdaşlıq zəminində icra olunacaq.
“Əlilliyi olan şəxslərlə bağlı hazırlanan yeni qanunvericilik layihələrində artıq bu ölkələrdən olan ekspertlər də iştirak edirlər”, - deyə S.Müslümov bildirib.
Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard Azərbaycanla Aİ arasında ikitərəfli əməkdaşlığın inkişafı məsələsinə toxunaraq, yeni Tvinninq layihəsinin də Azərbaycanda aparılan islahatlara dəstək verilməsi məqsədinə yönəldiyini vurğulayıb.
Fransanın Azərbaycandakı səfiri Paskal Mönye və Almaniyanın Bakıdakı səfirinin müavini Volfqanq Mössinger layihə çərçivəsində ölkələrinin Azərbaycanla sosial müdafiə sahəsində əməkdaşlığından məmnunluq ifadə edərək, bu əməkdaşlığın genişlənməsi üçün müvafiq səylərin göstəriləcəyini bildiriblər.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət