Azərbaycan prezidenti İlham Əliyev Qarabağ münaqişəsi üzrə beynəlxalq vasitəçiləri işğal olunmuş Azərbaycan ərazilərini azad etmək üçün Ermənistana aydın siqnal verməyə çağırıb.
“Əgər Azərbaycan ordusu hərəkətə keçərsə, düşmənin vəziyyəti çox ağır ola bilər. Bunu biz də bilirik, düşmən və vasitəçilər də bilir”, - deyə İ.Əliyev Ağdam rayon ictimaiyyəti ilə görüşdə bəyan edib.
“Hesab edirəm ki, son günlər ərzində yaşanan hadisələr beynəlxalq vasitəçiləri də hərəkətə gətirəcək. İşğalçı dövlətə açıq-aydın siqnal verilməlidir ki, artıq bu işğala son qoyulmalıdır”, - deyə o əlavə edib.
Prezident əlavə edib ki, müharibənin başa çatması barədə danışmaq tezdir, o yenidən başlaya bilər.
“Bunu hamı bilməlidir. Müharibənin birinci mərhələsi başa çatıb. Ancaq ikinci mərhələ də başlana bilər. Heç kim bunu istisna edə bilməz”, - deyə dövlət başçısı bəyan edib.
Onun sözlərinə görə, Azərbaycan müharibə istəmir, lakin torpaqlarını qaytarmaq istəyir.
“Ermənistan, əlbəttə ki, indiki vəziyyəti, status-kvonu saxlamaq istəyir. Vasitəçilərin də əsas istəyi və fəaliyyətinin əsas mahiyyəti ondan ibarətdir ki, müharibə başlamasın. Biz də müharibə istəmirik. Lakin onlardan fərqli olaraq, biz torpaqlarımızı istəyirik”, - deyə İ.Əliyev bildirib.
“Bu münaqişə belə davam edə bilməz. Ona görə nə sülh, nə hərb vəziyyəti davam edə bilməz. Bunu hamı, Azərbaycan vətəndaşları da, düşmən də bilməlidir. Ümid edirəm, son günlər düşmənə vurulan zərbələr onlar üçün də bir siqnal olacaq”, - deyə dövlət başçısı qeyd edib.
“Bu gün erməni tərəfi hələ də hesab edir ki, bu məsələni uzada bilər. Yaxın zamanlarda başa düşəcək ki, bu məsələ uzana bilməz”, - deyə prezident vurğulayıb.
Problemin 20 ildən artıq uzanmasının səbəbini prezident beynəlxalq birlyin bu məsələ ilə məşğul olmamasında görür.
“Vasitəçilər sadəcə olaraq nə hərb, nə sülh vəziyyətini saxlamaq istəyirlər. Bizə deyirlər ki, müharibə etməyin, sülh yolu ilə həll edin. Böyük dövlətlərin başçıları açıq bəyanatlar verirlər ki, müharibə olmasın. Yaxşı, biz də istəmirik müharibə olsun. Amma gəlin, bunu həll edin. Bu, sizin imkanınızdadır. Ermənistan asılı bir dövlətdir. Ermənistan öz hesabına yaşaya bilməz. Bu asılı dövlətə deyilə bilər ki, çəkil bu torpaqlardan. Bu nahaq işdir. Sən beynəlxalq hüququ, ədaləti pozursan. Amma deyilmir. Deyilir ki, gedin razılaşın. Amma necə razılaşaq ki, onlar torpaqlardan çıxmaq istəmirlər. Ona görə iki yol qalır: ya hərb yolu, ya da danışıqlar yolu. Danışıqlar yolu nəticə vermir”, - deyə İ.Əliyev vurğulayıb.
Bununla yanaşı, o qeyd edib ki, hələ ki, münaqişəni sülh yolu ilə həll etmək üçün müəyyən ümidlər var.
“Yaxın vaxtlarda bəzi görüşlər nəzərdə tutulur. Baxarıq, görərik vəziyyət necədir. Ancaq ermənilər bilməlidirlər ki, Azərbaycan xalqının səbri artıq tükənir. Bizim imkanımız, bizim güclü ordumuz var. Cəmiyyətdə çox gözəl ab-hava, vətənpərvərlik ruhu var”, - deyə prezident vurğulayıb.
O qeyd edib ki, təmas xəttində son hadisələr zamanı Azərbaycan tərəfi itkilər verib. Amma qarşı tərəf daha böyük itkilər verib, “beynəlxalq aləm də gördü ki, bu, dondurulmuş münaqişə deyil”.
“Ermənistanın havadarları - onlara ən çox dəstək verən dairələr, xarici ölkələrin dairələri, o cümlədən erməni diasporu - onlar başa düşməlidirlər ki, bu gün Ermənistan üçün çox böyük problemlər yarana bilər. Əgər o, öz öhdəliyini yerinə yetirməsə, əgər beynəlxalq təşkilatların qərarlarını icra etməsə, torpaqlarımızı boşaltmasa, onların axırı çox ağır ola bilər”, - deyə dövlət başçısı söyləyib.
Y.Əliyev
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət