Cümə axşamı Milli Məclisin Aqrar siyasət komitəsi parlamentin payız sessiyası çərçivəsində bu gün keçirilən birinci iclasında bir sıra qanunvericilik aktlarına dəyişikliklərin edilməsi haqqında qanun layihələrini müzakirə edib.
Komitə sədri Eldar İbrahimov payız sessiyasında komitənin qanunvericilik fəaliyyətinə dair planlar barədə məlumat verib.
Onun sözlərinə görə, komitə Milli Məclisin payız sessiyasında “Kənd təsərrüfatı kooperasiyası haqqında" və “Kənd təsərrüfatında informasiya-məsləhət xidməti haqqında” qanun layihələrini müzakirəyə çıxarmağı planlaşdırır.
Bundan başqa, iclasda “Ovçuluq haqqında” qanuna təklif olunan düzəlişlərlə bağlı məsələyə baxılıb.
Belə ki, qanuna fərdi ovçuluq təsərrüfatları barədə müddəaları, həmçinin hüquqi, fiziki şəxslər və bələdiyyələrin onlara ayrılmış torpaqlarda ovçuluq təsərrüfatlarının təşkili üzrə hüquq və vəzifələrini tənzimləyən 21-1-ci maddəsinin daxil edilməsi təklif olunur.
Qanuna təklif olunan əlavələrə əsasən, fərdi ovçuluq təsərrüfatlarının sahibləri ovçuluq turizmi ilə məşğul olmaq istəyənlər üçün müvafiq infrastruktur, həmçinin heyvanların bəslənməsi üçün şərait yaratmalı, onların qışlaması və sayının artırılması üçün xüsusi yerlər ayırmalıdırlar. Bundan başqa, fərdi ovçuluq təsərrüfatlarının sahibləri dövlət ovçuluq fondundan səmərəli istifadə etməlidirlər.
Həmçinin fərdi ovçuluq təsərrüfatlarının dövlət qoruqları və milli parklardan 5 kilometrdən yaxın məsafədə təşkili qadağan olunur.
Bu qanunun müddəalarını pozanlar mövcud qanunvericiliyə əsasən inzibati məsuliyyətə cəlb olunacaqlar.
Bundan başqa, komitənin iclasında “Taxıl haqqında”, “Yeyinti məhsulları haqqında”, “Baytarlıq haqqında” və “Fitosanitar nəzarəti haqqında” qanunlara texniki xarakter daşıyan dəyişikliklər müzakirə edilib.
Müzakirələrin sonunda bütün bu məsələlər Milli Məclisin plenar iclasına tövsiyə olunub.
R.Babayev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Bakcell Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi!
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət