Yeni qaz kəmərinin tikintisi üzrə Rusiya-Türkiyə planları Azərbaycan qazının Türkiyə ərazisi ilə Avropaya nəqlini nəzərdə tutan “Cənub qaz dəhlizi” layihəsinin reallaşmasına mənfi təsir göstərməyəcək. Bu barədə SOCAR-ın (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) prezidenti Rövnəq Abdullayev bazar ertəsi jurnalistlərə bəyan edib.
Xəbər verildiyi kimi, ötən həftə “Qazprom” və “Botas” Qara dənizin dibi ilə Türkiyə istiqamətində illik 63 mlrd. kubmetr həcmdə qaz kəmərinin tikintisi haqqında memorandum imzaladılar.
“Biz əvvəl də bəyan etmişik ki, rəqib deyilik (Rusiya qazına - İF-Az). Hər marşrutun öz bazarı var. Bu layihəni təsdiq edərkən (Cənubi Qafqaz Boru Kəməri - İF-Az), biz ona dair 2046-cı ilə qədər alqı-satqı üzrə müqavilələrin izalanması və digər məsələlərin həll olunduğunu nəzərə aldıq. Bu səbəbdən “Cənub qaz dəhlizi” layihəsinin qarşısında bu cür problem yoxdur, necə ki bu cür təsir gəstərəcək heç bir mənfi təsir və ya hadisə yoxdur”, - deyə SOCAR-ın prezidenti vurğulayıb.
Bununla belə, o qeyd edib ki, “Cənub qaz dəhlizi” layihəsinin reallaşması çərçivəsində işlər uğurla davam etdirilir. Xüssusilə, “Şahdəniz” yatağının işlənməsi üzrə “Mərhələ-2” layihəsi çərçivəsində podratçı müqavilələrin verilməsi prosesi gedir. Cənubi Qafqaz Boru Kəməri magistralının genişlənməsi layihəsi çərçivəsində yeni qaz kəmərinin tikintisi işlərinə və bu məqsədlər üçün boruların çatdırılmasına başlanılıb.
“Trans-Anadolu qaz kəmərinin (TANAP) tikintisi layihəsi çərçivəsi9ndə boruların alışına dair tenderlər başa çatıb, qaz kəmərinin tikintisi üçün podratçı seçiminə dair tenderlər bitir. 2015-ci ilin birinci rübündə TANAP qaz kəmərinin təməlqoyma mərasimi keçiriləcək. O cümlədən, Trans-Adriatik qaz kəmərinin (TAP) tikintisi üzrə işlər uğurla davam etdirilir, gecikmə yoxdur”, - deyə R.Abdullayev qeyd edib.
Xəbər verildiyi kimi, “Şahdəniz” yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya edilib. “Şahdəniz” layihəsinin iştirakçıları BP (operator – 28,8%), “Petronas” (15,5%), ARDNŞ (16,7%), "LUKoil” (10%), NICO (10%) və TPAO (19%) şirkətləridir.
Uzunluğu 690 km olan Cənubi Qafqaz Boru Kəməri magistralı (Azərbaycan ərazisində 442 km və Gürcüstan ərazisində 248 km) 2006-cı ilin sonunda istismara verilib və “Şahdəniz” yatağından “Mərhələ-1” çərçivəsində hasil edilən Azərbaycan qazının Türkiyəyə nəqli üçün nəzərdə tutulub. Boru kəmərinin operatoru “BP-Azerbaijan” şirkətidir.
Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi layihəsi “Şahdəniz” yatağının işlənməsi üzrə “Mərhələ-2” çərçivəsində Türkiyə və Avropaya ildə 16 mlrd. kubmetr qazın nəqlinin təmin edilməsi üçün boru kəmərinin ötürmə qabiliyyətinin (hazırda 8 mlrd. kubmetr - İF-Az) genişləndirilməsini nəzərdə tutur. Genişləndirmədən sonra boru kəmərinin ötürümə qabiliyyəti ildə 25 mlrd. kubmetrə çatacaq.
TANAP qaz kəməri “Mərhələ-2” çərçvəsində “Şahdəniz” yatağından hasil edilən Azərbaycan qazının Gürcüstan-Türkiyə sərhədindən Türkiyənin qərb sərhədlərinə qədər nəqli üçün nəzərdə tutulub. Qaz kəmərinin ötürmə qabiliyyəti ən azı 16 mlrd. kubmetr təşkil edəcəyi ehtimal olunur. Bu həcmin 10 mlrd. kubmetri Avropaya, 6 mlrd. kubmetri Türkiyənin qərb regionlarına göndəriləcək.
TANAP layihəsi $10-11 mlrd. dəyərində qiymətləndirilir.
TAP layihəsi “Mərhələ-2” çərçivəsində “Şahdəniz” yatağından təbii qazın Yunanıstan və Albaniyadan Qərbi Avropaya nəqlini nəzərdə tutur. Boru kəmərinin gücü ildə 10 mlrd. kubmetr qaz təşkil edir. Lakin tələb və təklifdən asılı olaraq bu rəqəmin 20 mlrd. kubmetrə çatdırılması mümkündür. Bu kəmərlə Azərbaycan qazının nəqlinin 2019-cu ildə başlanması nəzərdə tutulur.
Trans-Adriatik qaz kəməri layihəsində səhmdarlar arasında pay bölgüsü aşağıdakı kimidir: BP - 20%, SOCAR - 20%, “Statoil” - 20%, “Fluxys” - 19%, “Enagas” - 16% və “Axpo” - 5%.
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət