Azərbaycan həm enerji resurslarının nəqli üçün yeni marşrutlar, həm də yeni nəql mənbəyi yaradır. Bu barədə Azərbaycan prezidenti İlham Əliyev bəyan edib.
“Bizim üstünlüyümüz ondadır ki, biz yeni nəql marşrutları və yeni qaz mənbəyi təklif edirik”, - deyə dövlət başçısı çərşənbə axşamı Bakıda 22-ciBeynəlxalqXəzərNeft və Qaz (“Caspian Oil & Gas 2015”) sərgi və konfransının açılış mərasimində çıxışı zamanı qeyd edib.
Dövlət başçısının sözlərinə görə, Azərbaycanda təsdiq edilmiş qaz ehtiyatları 2,6 trln. kubmetr təşkil edir. Bununla yanaşı, prezident bildirib ki, kəşfiyyat işləri davam edir və ehtiyatlar artacaq.
“Azərbaycan özünü Avropanın etibarlı tərəfdaşı kimi nümayiş etdirir, bizim enerji sahəsindəki əməkdaşlığımız bu tərəfdaşlığı yeni səviyyəyə çıxaracaq”,- deyə prezident qeyd edib.
İ.Əliyev bildirib ki, Azərbaycan Avropa ilə strateji tərəfdaşlıq formatı yaratmağa çalışır.
O, Azərbaycanın artan rolunu qeyd edərək əlavə edib ki, “bu, Avropanın enerji xəritəsini dəyişir”.
Bundan başqa, dövlət başçısı Azərbaycanın böyük Avropa bazarına (enerji tədarükü üzrə - İF-Az) çıxa biləcəyinə ümid etdiyini söyləyib.
F.Hüseynzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət