Demokratik İslahatlar Partiyası 2015-ci ilin noyabr ayında Azərbaycanda keçiriləcək növbəti parlament seçkilərində iştirak edəcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə partiyanın sədri, deputat Asim Mollazadə bəyan edib.
“Demokratik İslahatlar Partiyasında seçkilərə hazırlıq prosesi gedir. Rayon təşkilatlarımız müəyyən edilən planlara uyğun fəaliyyət göstərir. Düşünürəm ki, seçkilərə hazır olacağıq”, - deyə A.Mollazadə qeyd edib.
Onun sözlərinə görə, hazırda partiyadan namizədlərin neçə seçki dairəsi üzrə irəli sürüləcəyi müəyyən edilir.
Bundan başqa, o məlumat verib ki, Milli Məclisin payız sessiyasında bir daha təhsil sahəsində islahatlarla bağlı məsələni qaldıracaq.
“Təhsil sahəsində islahatlar, bunun üçün qanunvericilik bazasının yaradılması ilə bağlı məsələni bir daha qaldıracağam. Söhbət elm, ali və orta, həmçinin peşə təhsili haqqında qanunlardan gedir. Ölkəmizin inkişafı, kifayət qədər peşəkar kadrlara, menecerlərə malik olması üçün təhsil sistemində sürətli templərlə islahatlar aparmaq lazımdır. Elə etmək lazımdır ki, təhsil sistemimiz zamanın tələblərinə və müasir yanaşmaya uyğun olsun”, - deyə A.Mollazadə bildirib.
R.Babayev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət