Rusiya və Azərbaycan digər ölkələrə mehriban qonşuluq nümunəsi göstərir.Bunu Dağıstan Dini İdarəsinin sədr müavini Əhməd Kaxayev söyləyib.
“Rusiya və Azərbaycan hər zaman dost olub: bizim xalqlarımız Böyük Vətən Müharibəsi zamanı bir-birlərinə kömək ediblər, istənilən çətinlikdə bir-birlərini dəstəkləyiblər. Belə bir atalar sözü var - uzaq qohumdan yaxın qonşu yaxşıdır. Bu məsəl Azərbaycanla Rusiyaya aiddir. Məgər dinc və yanaşı yaşamaq pisdirmi? Mənə belə gəlir ki, bu hamı üçün ən yaxşı yoldur”,- deyə Ə.Kaxayev Mahaçqalada II Beynəlxalq Dinlərarası Gənclər Forumunda çıxışı zamanı bildirib.
Şərqşünas, Rusiya Azərbaycan Dostluq Mərkəzinin (RAD) eksperti Aleksandr Alixanov öz növbəsində qeyd edib ki, Azərbaycanın multikulturalizmə əsaslanan dövlət siyasətinə dair təcrübə mübadiləsi həm ölkələrin daxilindəki vəziyyətə, həm də mehriban qonşuluq əlaqələrinə müsbət təsir göstərə bilər.
“ Rusiya və Azərbaycanın coxlu ortaq cəhətləri var- hər iki ölkə çox millətlidir, hər iki ölkədə digər dinlərə hörmətlə yanaşılır. Biz bir-birimizdən çox şey öyrənə bilərik. Prezident İlham Əliyev ölkəsində maksimal tolerant mühitin yaradılması üçün çox səy göstərir.Onun təşəbbüsü ilə ölkədə müxtəlif din və mədəniyyətlərin qarşılıqlı əlaqəsinin aktual məsələlərinin müzakirəsi üçün diskusiya meydanına çevrilən çoxlu sayda tədbirlər keçirilir”.- deyə ekspert qeyd edib.
RAD eksperti Mahaçqala forumu çərçivəsində “dəyirmi masa” keçirib. Tədbirdə iştirakçılar insan və cəmiyyətin inkişafına informasiya təhdidləri, eləcə də ekstremist təşkilat və sektaların artan fəallığı ilə bağlı müasir dünyada informasiya təhlükəsizliyi problemlərini müzakirə ediblər. A.Alixanov bildirib ki, hər iki ölkədə gənclərin sosial şəbəkələrdə aktivliyi yüksək səviyyədədir, Rusiya gəncləri əsasən “ Vkontakte”, Azərbaycan gəncləri “ Facebook” sosial şəbəkələrindən istifadə edirlər. Bu isə o deməkdir ki, cəmiyyət və dini qurumlar yeniyetmələrdə dini mənəvi dəyərlərin formalaşmasında sosial şəbəkələrin roluna diqqət yetirməlidirlər.
“Problem gənclər arasında qızğın müzakirəyə yol açdı. Xüsusilə güclənən mənfi təbliğatın qarşısının alınması üçün informasiyanın filtrdən keçirilməsi mövzusu qaldırıldı. RAD eksperti Azərbaycanda İŞİD-ə tərəfdar toplayan insanlarla uğurlu mübarizə aparıldığını bildirdi. Respublika özünün anti-terror qanunvericiliyinə müvafiq düzəlişlər edib. Böyük təsir gücünə malik Qafqaz Müsəlmanları İdarəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi İŞİD ideologiyasına qarşı açıq mövqelərini bildiriblər. Dini ekstremizmi təbliğ edən radikal ədəbiyyatın yayılmasına qarşı iş aparılır, KİV-lərə nəzarətə diqqət yetirilir. Nəticədə müşahidəçilər Azərbaycanda ekstremist cərəyanların təsirinin əhəmiyyətli dərəcədə azaldığını qeyd edirlər”,- deyə RAD mərkəzinin məlumatında bildirilir.
Söhbət iştirakçıları daha bir internasional bəla - internet vasitəsi ilə narkotik ticarəti barədə də müzakirə apararaq təhlükəli informasiyanın filtrdən keçirilməsi mexanizmlərinə dair təkliflərini irəli sürüblər.
Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Dmitri Savelyev bildirib ki, gəncləri kəskin problemlərin həllinə cəlb etməklə cəmiyyət onlarla səmərli müasir kommunikasiya qurmuş olur. “Bu gün informasiya texnologiyaları əsrində gənclər vaxtlarının çox hissəsini sosial şəbəkələrdə, sonsuz infiormasiya axını içində keçirirlər və beləliklə də rahatlıqla yolu azmaq olar. Bizim əsas vəzifəmiz bədəməlli insanlar tərəfindən yaradılmış bütün “informasiya tələlərindən” adlamağa onlara kömək göstərməkdən ibarətdir. Əsas məsələ gənclərə bu “tələləri” görməyi öyrətməkdir. Bunun üçün də onların mənəvi əxlaqi istiqamətləri aydın seçilməlidir”,- deyə deputat qeyd edib.
Dağıstan rəhbəri Ramazan Abdulatipovun sözlərinə görə, təşkil edilmiş bu forum artıq ikinci dəfə öz aktuallığını sübut etdi. “ Bu forum bizim respublikamız üçün əlamətdar hadisə olmaqla yanaşı, dinlərarası sülh və anlaşmanın möhkəmlənməsi və qorunması, müasir rusiyalı gənclərin yüksək mənəvi dini, etik dəyərlərinin inkişaf etdirilməsi işinə öz əhəmiyyətli töhfəsini verir”,- deyə R.Abdulatipov söyləyib.
RAD mərkəzinin məlumatında qeyd edilir ki, II Beynəlxalq Dinlərarası Gənclər Forumu Mahaçqala və Qroznı yepiskopu Varlaam və Dağıstan müftisi, şeyx Əhməd Hacı Abdullayevin ilk birgə təşəbbüsü idi . Hər iki dini lider gənclərin dinlərarası əməkdaşlığına böyük diqqət yetirir.
Forum iştirakçıları çoxmillətli və çoxdinli ölkələr üçün aktual olan dini, etnik və mədəni müxtəlifliyin qəbul olunması kimi vacib mövzuları müzakirə ediblər.
Dağıstan, Çeçenistan, İnquşetiya, Şimali Osetiya, Stavropol diyarı, Kabardin-Balkar , Qaraçay Çerkez, Abxaziya, Azərbaycan, Belarus və Cənubi Osetiyanı təmsil edən 150-dən çox insan tolerantlıq və din məsələlərini müzakirə etmək üçün Xəzər dənizinin sahilində bir araya gəlmişdi. 8 gün davam etmiş forum çərçivəsində “dəyirmi masa”lar treninqlər, intellektual və idman yarışları, tanınmış dövlət xadimləri , ruhanilər və ictimaiyyət nümayəndələri ilə görüşlər keçirilib.
F.Hüseynzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
Bakcell Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi!
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət