AŞPA-nın seçkiqabağı missiyası təəssüf edir ki, ATƏT Demokratik Təsisatlar və İnsan Haqları Bürosu və Azərbaycan hakimiyyəti noyabrın 1-də keçiriləcək parlament seçkiləri ilə əlaqədar müşahidəçilərin sayı və monitorinqin aparılması metodologiyası məsələsində razılığa gələ bilməyiblər.
“AŞPA–nın seçkiqabağı nümayəndə heyəti Azərbaycan rəhbərliyinin açıqlığını və qarşıdan gələn parlament seçkilərini müşahidə etmək üçün çoxlu sayda beynəlxalq təşkilatlara, o cümlədən ATƏT Demokratik Təsisatlar və İnsan Haqları Bürosuna göndərilən dəvətləri alqışlayır”,- deyə missiyanın sentyabrın 21-22-də Azərbaycana etdiyi səfərinin yekunlarına dair bəyanatında bildirilir.
“AŞPA seçkiqabağı missiyası AŞPA müşahidə missiyasının planlaşdırıldığı kimi, tam sayda müşahidə missiyasını həyata keçirməsində təkid edir, belə ki, AŞPA-nın monitorinqi altında olan ölkədə seçkiləri müşahidə etmək qurum üçün vacibdir və monitorinq prosesinin qanunla müəyyən edilmiş vəzifəsidir. Bundan başqa, AŞPA seçki missiyasının final hesabatı həm seçkilərin aparılması ilə bağlı siyasi müzakirələr, həm də bu ölkənin parlamenti ilə institutsional dialoqun dəstəklənməsi baxımından assambleya üçün vacibdir. Heyətin Azərbaycanda görüşdüyü həmsöhbətlər qeyd ediblər ki, 5 il əvvəlki parlament seçkilərindən sonra irəliləyiş əldə olunub və buna görə də ölkə təcrid edilməməlidir”,- deyə sənəddə bildirilir.
“AŞPA seçkiqabağı missiyası bir sıra əsas müxalif partiyaların öz seçilmək şanslarını gücləndirmək üçün siyasi alyans çərçivəsində əməkdaşlıq etmək qərarını alqışlayıb: "Seçki Məcəlləsi dövlət televiziya və radiosunda bütün siyasi partiyalar üçün pulsuz efir vaxtının və dövlət tərəfindən maliyyələşən çap mediasında pulsuz yerin ayrılmasını nəzərdə tutur. Bu baxımdan AŞPA nümayəndə heyəti bütün seçki iştirakçılarına eyni şərtlərin və seçki prosesinin tam şəffaflığının təmin edilməsi üçün fikir azadlığı və azad medianın təmin olunmasının vacibliyini qeyd edir.
Azərbaycan rəhbərliyi AŞPA nümayəndə heyətini əmin edib ki, səsvermə və səslərin sayılması prosesi də daxil olmaqla, seçki prosesinin şəffaflığını təmin etmək üçün bütün vacib tədbirləri görəcək", - deyə sənəddə qeyd edilib.
İspaniyalı Xordi Xuklanın rəhbərlik etdiyi AŞPA nümayəndə heyəti Milli Məclisin spikeri, parlamentdə təmsil olunmuş partiya və siyasi qrupların liderləri, parlamentdə təmsil olunmayan müxalifət partiyalarının rəhbərləri , MSK sədri, diplomatic korpus və KİV nümayəndələri ilə görüşlər keçirib.
F. Hüseynzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət