Ermənistan rəhbərliyi Azərbaycanın işğal edilmiş ərazilərində yerləşdirilən Suriyadan olan qaçqınları öz maraqları üçün istifadə edir. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bu barədə XİN başçısı Elmar Məmmədyarov BMT Baş Assambleyasının 70-ci sessiyası çərçivəsində “Yeni inkişaf gündəliyi çərçivəsində miqrasiya və qaçqınların yerdəyişməsi üzrə əməkdaşlığın gücləndirilməsi”nə dair yüksək səviyyəli paralel tədbirdə çıxışı zamanı bildirib.
“Biz həmçinin bəzi siyasi liderlərin zərərçəkmiş miqrantlardan öz məkrli maraqları üçün istifadə etmə cəhdlərinə də diqqət yetirməliyik. Bu xüsusda Ermənistan rəhbərliyi tərəfindən işğal edilmiş Azərbaycan torpaqlarında Suriyadan olan erməni əsilli miqrantların məskunlaşdırılması yolverilməzdir”, - deyə E.Məmmədyarov vurğulayıb.
Onun sözlərinə görə, Ermənistan rəhbərliyi tərəfindən işğal edilmiş Azərbaycan torpaqlarında Suriyadan olan erməni əsilli miqrantların məskunlaşdırılması yolverilməzdir və beynəlxalq humanitar hüququn, xüsusilə 1949-cu il Cenevrə Konvensiyalarının kobud şəkildə pozulmasına sübutdur.
E.Məmmədyarov qeyd edib ki, son illərdə münaqişə zonalarının coğrafi sahəsinin bütün dünya üzrə genişlənməsi öz həyatını itirənlərin və öz evlərini tərk etmək məcburiyyətində qalanların sayının sürətlə artmasına səbəb olub. Nazir müharibələr nəticəsində dağıdılmış Yaxın Şərq və Şimali Afrika regionundan presedenti olmayan kütləvi miqrasiya halları və Avropa istiqamətində yol boyunca qadınlar və uşaqlar daxil olmaqla, günahsız insanların ölüm səhnələrinin sarsıdıcı olduğunu qeyd edir.
“Biz beynəlxalq ictimaiyyətin ilk növbədə və hər şeydən öncə yeni silahlı münaqişələrin baş verməsinə imkan verməməyinə və eyni zamanda mövcud münaqişələrin, xüsusilə dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərinə əsaslanaraq beynəlxalq hüququn ümumi qəbul edilmiş norma və prinsipləri əsasında effektiv şəkildə həll yollarının axtarmalı olmasına inanırıq”, - deyə E.Məmmədyarov bildirib.
XİN başçısı zərər çəkmiş insanların problemlərinin həll edilməsində dövlətlər və BMT-nin qaçqınlar üzrə Ali Komissarlığı, Beynəlxalq Miqrasiya Təşkilatı, Beynəlxalq Qırmızı Xaç Komitəsi kimi beynəlxalq təşkilatlar, müvafiq BMT mexanizmləri arasında əməkdaşlığın gücləndirilməsinin əhəmiyyətini vurğulayıb.
“25 il boyunca qaçqın və məcburi köçkün problemindən əziyyət çəkən bir ölkə kimi Azərbaycanın bu sahədə təcrübəsini sizinlə bölüşmək istərdim. Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ və onun ətrafındakı yeddi rayondan olan qaçqın və məcburi köçkünlərin sayı təqribən bir milyondur. 9,7 milyon əhalisi olan Azərbaycan adambaşına düşən məcburi köçkün sayına görə dünyada ən böyük yükə sahibdir”, - deyə E.Məmmədyarov bildirib.
Onun sözlərinə görə, Azərbaycan hökuməti ötən illər ərzində əhalinin bu hissəsinin ümumi həyat şəraitinin yaxşılaşdırılması istiqamətində əhəmiyyətli resurslar ayırıb. Nazir qeyd edib ki, 2007-ci ildə ölkədə ümumilikdə 12 məcburi köçkün düşərgəsi ləğv edilib, onlar üçün yeni mənzillər inşa olunub.
“Hökumət tərəfindən görülmüş irimiqyaslı işlərə baxmayaraq, məcburi köçkün probleminin tam həllinə nail olunması çox çətindir. 400 min məcburi köçkün hələ də köhnə və narahat evlərdə çətin şəraitdə yaşamaqda davam edir”, - deyə XİN başçısı vurğulayıb.
E.Məmmədyarov bildirib ki, məcburi köçkünlərin insan hüquqlarının tam bərpa edilməsi münaqişənin həllini tələb edir.
“Azərbaycanın bu məsələdə mövqeyi kifayət qədər aydındır: bütün Azərbaycan əraziləri işğaldan azad edilməli və məcburi köçkünlərin öz evlərinə qayıtmaq və mülkiyyət hüququ təmin edilməlidir. Azərbaycan hökuməti tərəfindən hazırlanmış “Böyük qayıdış” adlı müfəssəl qayıdış proqramı Ermənistan işğalçı qüvvələrinin işğal edilmiş Azərbaycan torpaqlarından çıxarılmasından dərhal sonra məcburi köçkünlərin öz evlərinə qayıtma və mülkiyyətlərindən istifadə hüquqlarının reallaşdırılmasını nəzərdə tutur”, - deyə o vurğulayıb.
E.Məmmədyarovun sözlərinə görə, qayıtmaq hüququnun təmin edilməsi etnik təmizləmədən qəti şəkildə imtina edilməsinə zəmin yaradır və gələcəkdə mümkün gərginlik və münaqişələrin qarşısını alır.
R.Babayev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət