Azərbaqycan və İran arasında Şimal-Cənub dəmir yolu bağlantısı üzrə işçi qrupunun iclasının protokolu imzalanıb. Bu barədə İqtisadiyyat və Sənaye Nazirliyinin məlumatında deyilir.
İclasın yekunları üzrə “Şimal-Cənub” nəqliyyat dəhlizi ilə bağlı dəmir yolu xətlərinin əlaqələndirilməsi, Azərbaycan-İran sərhədində müvafiq infrastrukturun yaradılması istiqamətində tədbirlərin müzakirə edilməsi məqsədi ilə yaradılmış işçi qrupun hazırladığı təkliflər (Azərbaycan və İran ərazilərində sərhədyanı dəmir yolu xətlərinin çəkilməsi, sərhəd körpüsünün bigə tikintisi, habelə yükaşırma terminalının inşası) üzrə sənədlərin yaxın zamanlarda hazırlanması barədə razılığa gəlinib.Astarada (İran) baş tutmuş görüşdə Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev bəyan edib ki, “Şimal-Cənub” nəqliyyat dəhlizi daşımaların dəfələrlə artmasına imkan yaradacaq.
İranın rabitə və yüksək texnologiyalar naziri Mahmud Vaezi Ordubad-Marazad elektrik stansiyasının tikintisi müqaviləsinin yaxın vaxtlarda ratifikasiya olunacağını, Qız qalası-Xudafərin elektrik stansiyası barədə sənədin imzalanmasına dəstək göstəriləcəyini bildirib.
Xəbər verildiyi kimi, Azərbaycan İranla birgə Qəzvin-Rəşt-Astara dəmir yolunun İran ərazisindəki hissəsinin tikintisini başa çatdırmağı planlaşdırır. “Hazırda İran ərazisində ümumi uzunluğu 375 km olan Qəzvin-Rəşt-Astara dəmir yolunun 200 km-lik hissəsinin tikintisi üzrə iş gedir. Yerdə qalan 175 kilometrlik hissənin birgə tikintisi üçün Azərbaycan rəhbərliyinə müraciət etmişik və İran tərəfi ilə birlikdə maliyyə mənbələrinin axtarışı ilə məşğuluq”, - deyə “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-nin sədri Cavid Qurbanov bildirib. Dəmir yolunun bu hissəsinin tikintisi “Şimal-Cənub” nəqliyyat dəhlizinin yaradılması layihəsinin reallaşdırılması üzrə işlərin ikinci mərhələsinə daxildir.
Birinci mərhələ çərçivəsində Azərbaycan ərazisində, Astarada 8 kilometr uzunluğunda dəmir yolunun, İran İslam Respublikası ilə birgə isə dəmiryol körpüsünün tikintisi planlaşdırılır.
Astara-Rəşt-Qəzvin dəmir yolu Rusiya, Azərbaycan və İranın mövcud dəmir yollarını birləşdirəcək tikilməkdə olan nəqliyyat dəhlizidir. Layihə “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində həyata keçirilir. Layihənin məqsədi Rusiya, Azərbaycan, İran, Hindistan və Omanın nəqliyyat-informasiya magistrallarının inteqrasiyasıdır.
Astara-Rəşt-Qəzvin dəmir yolu layihəsi Azərbaycanın Astara şəhəri ilə İranın Astara, Rəşt və Qəzvin şəhərlərinin dəmir yollarını birləşdirmək üçün İran ərazisində yeni dəmir yolu qolunun tikintisini nəzərdə tutur.
Azərbaycan, İran və Rusiya arasında 2005-ci ildə imzalanmış yol tikintisi haqqında saziş İran ərazisində 375 km uzunluğunda, Azərbaycan ərazisində isə Astara ilə Azərbaycan-İran sərhədi arasında dəmir yolu seqmentlərinin tikintisini, eləcə də Azərbaycan ərazisində mövcud olan dəmir yolunun yenidən qurulmasını nəzərdə tutur.
Layihənin dəyəri $200 mln. təşkil edir.
A.Axundov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət