Azərbaycan ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunu (DTİHB) noyabrın 1-də respublikada keçiriləcək parlament seçkilərini siyasiləşdirməkdə ittiham edir.
“Nəticə etibarilə, icraçı təsisat olaraq, səlahiyyəti və mandatı icazə vermədiyi halda, DTİHB siyasi qərar qəbul edib. Bu bir daha onu göstərir ki, DTİHB-in rəhbərliyi müəyyən dairələrin təsiri altında məqsədyönlü şəkildə seçkilərin müşahidəsi kimi texniki məsələni siyasiləşdirir”, - deyə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin çərşənbə axşamı verdiyi şərhdə deyilir.
Onun fikrincə, “məqsəd seçkilərdən sonra Azərbaycana qarşı əsasız iradların irəli sürülməsi üçün platformanın hazırlanmasıdır”. Ancaq seçkilərin müşahidə edilməsində iştirak etməyəcəyi halda, ATƏT/DTİHB-in seçkilərin nəticələri barəsində hər hansı rəy bildirməyə heç bir əsası yoxdur.
“ATƏT-in fundamental sənədlərinə və mandatına uyğun olaraq, DTİHB sözügedən məsələ üzrə fəaliyyətdə olan sədr və aidiyyəti üzv dövlətlə məsləhətləşərək, ATƏT-in in Daimi Şurasına konstruktiv təkliflər verməlidir”, - deyə H.Hacıyev qeyd edib.
Onun sözlərinə görə, Azərbaycan ATƏT-in dialoq və əməkdaşlıq prinsiplərinə sadiqdir.
“Parlament seçkilərinin müşahidə edilməsi üçün ATƏT/DTİHB-ə göndərilmiş dəvət hələ qüvvəsindədir”, - deyə XİN-in mətbuat katibi vurğulayıb.
“Müqayisə üçün qeyd edək ki, 50 mln. əhalisi olan Ukraynaya 26 oktyabr 2014-cü il seçkilərini müşahidə etmək üçün 600 nəfər, 150 mln.-a yaxın əhalisi olan Rusiyaya 4 dekabr 2011-ci il seçkilərində 200 nəfər, 5 oktyabr 2015-ci ildə Bolqarıstanda keçirilən seçkilərə 12 nəfər, 16 mart 2014-cü ildə Serbiyada keçirilən seçkilərə 12 nəfər, 21 dekabr 2014-cü ildə Özbəkistanda keçirilən seçkilərə isə 12 nəfər müşahidəçi göndərilib”, - deyə H.Hacıyev vurğulayıb.
H.Hacıyev xatırladıb ki, Azərbaycan ATƏT çərçivəsində üzərinə düşən öhdəliklərinə riayət edərək, noyabrın 1-də keçiriləcək parlament seçkilərini müşahidə etmək üçün 14 iyul 2015-ci il tarixində ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları üzrə Bürosuna (DTİHB) dəvət göndərib. Onun sözlərinə görə, DTİHB tərəfindən seçkilərlə əlaqədar hazırlanmış Ehtiyacların qiymətləndirilməsi hesabatına münasibətdə XİN tərəfindən rəsmi məktubla Azərbaycanın razı olmadığı məqamlar üzrə əsaslandırılmış cavab ATƏT DTİHB-ə təqdim olunub. Məktubda Azərbaycan tərəfindən Ehtiyacların qiymətləndirilməsinə dair hesabatda öz əksini tapmış bəzi məqamların düzgün və əsaslandırılmış olmadığı və ATƏT məkanında mövcud seçki praktikasına uyğun olaraq, müşahidəçilərin sayının ölkə əhalisi, seçici və seçki dairəsinin sayına mütənasib və rasional olmalı olduğu vurğulanıb.
O qeyd edib ki, DTHİB əhali və seçici sayına nisbətdə müşahidəçilərin sayının bu dərəcədə qeyri-mütənasibliyinin məntiqi izahatını hələ də verə bilməyib.
“Məntiqi izah vermək əvəzinə ATƏT DTİHB-in rəhbərliyi tərəfindən birtərəfli qaydada məsləhətləşmə aparmadan və mandatını kobud şəkildə pozaraq, Azərbaycanda keçiriləcək parlament seçkilərinin müşahidə edilməməsi barəsində qərar qəbul olunub”, - deyə H.Hacıyev bəyan edib.
ATƏT DTİHB 30 uzunmüddətli və 350 qısamüddətli müşahidəçi ilə Azərbaycanda seçkilərin monitorinqini həyata keçirməyi planlaşdırırdı. Lakin Bakı yalnız 6 uzunmüddətli və 125 qısamüddətli müşahidəçini qəbul etməyə hazır olduğunu bəyan edib. Bu məhdudiyyətlərə cavab olaraq DTİHB müşahidə missiyasının ləğv edilməsinə dair qərar qəbul edib.
R.Babayev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət