Bü gün dövlətlərin daxili işlərinə müdaxilə əksər hallarda seçkilər zamanı baş verir. Bu barədə Mərkəzi Seçki Komitəsinin (MSK) sədri Məzahir Pənahov çərşənbə axşamı Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun təşəbbüsü ilə keçirilən və parlament seçkilərində gənclərin fəallığına həsr olunmuş konfransda bəyan edib.
“Əgər əvvəllər dövlətlərin daxili işlərinə müdaxilə hərbi yolla həyata keçirilirdisə, indi bu, əksər hallarda ölkələrdə “beşinci kolon”un xidmətlərindən istifadə olunmaqla seçkilər zamanı baş verir”, - deyə M.Pənahov bildirib.
Onun sözlərinə görə, hər dövlətin daxilində “düzgün düşünməyən” narazı dairələr var.
“Həmin vətəndaşlar hesab edirlər ki, bu və ya digər problemlər yalnız onların yaşadığı ölkədə mövcuddur. Və çirkin maraqlarını rəhbər tutan xarici qüvvələr narazı təbəqələri öz tərəflərinə çəkməyə çalışırlar. Bu, hər zaman olub, var və olacaq. Əgər günah xarici qüvvələrdədirsə, o zaman əsas günahkarlar dövlət daxilindəki qeyri-məhsuldar güclərdir və buna görə gənclər öz ətrafını diqqətlə seçməlidirlər”, - deyə MSK sədri hesab edir.
O qeyd edib ki, mürəkkəb dünyada gənc dövlətlər daim xaricdən təhlükələrlə üzləşirlər.
“Biz ölkəmizdə xaricdən sabitlik və normal inkişafı pozmaq cəhdlərinə qarşı fəal qarşı durmalıyıq. Gənclər yaşlı nəslə nümunə olmalı və seçkilərdə fəal iştirak etməlidir. Sovet illərində formalaşan nəsil bəzən ölkədə keçirilən seçkiləri ciddi hadisə hesab etmir, gənclər isə parlament seçkilərində fəal iştirak edərək sübut etməlidirlər ki, bu, belə deyil”, - deyə sədr vurğulayıb.
M.Pənahov etiraf edib ki, SSRİ dövründə Azərbaycanda keçirilən seçkilərdə səs verməyib, çünki onlara etibar etməyib.
“Milli Məclisə hazırkı seçkiçlərdə 63 min 555 nəfər gənc seçici ilk dəfə namizədlərinə səs verəcək. Noyabrın 1-də 257 seçicinin 18 yaşı tamam olacaq və ümid edirəm ki, onlar da Azərbaycanın gələcəyinə səs vermək üçün seçki məntəqələrinə gələcəklər”, - deyə o bildirib.
R.Babayev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət