Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Rusiya ilə mədəni əlaqələrin yüksək səviyyədə olduğunu bildirib.
“Azərbaycan və Rusiya xalqları arasında mədəni-mənəvi əlaqələrin çox qədim tarixi var. Bu, bizim uzun müddət eyni dövlətin tərkibində yaşamağımızla əlaqədardır”, - deyə Ə.Qarayev Rusiyanın aparıcı KİV nümayəndələri ilə görüşdə bildirib.
Onun sözlərinə görə, əvvəlcə çar Rusiyasının, daha sonra SSRİ-nin tərkibində Rusiya ilə qonşuluq Azərbaycanın bugünkü simasının formalaşmasına ciddi təsir göstərib.
“Bu, dünyagörüşümüzün formalaşmasında da ciddi izlər buraxıb. Və biz dünya mədəniyyəti və musiqisinin Rusiya mədəniyyəti vasitəsi ilə bizə ötürülməsinə görə minnətdarıq”,- deyə Ə.Qarayev qeyd edib.
Nazir bildirib ki, Rusiya ilə mədəni əlaqələr Azərbaycanda Rusiya günlərinin, Rusiyada isə Azəbaycan günlərinin təşkili kimi tədbirlərlə məhdudlaşmayaraq gündəlik həyatımızda da inkişaf edir.
“Hər gün Rusiyanın teatr truppaları, estrada artistləri Azərbaycana qastrola gəlir. Muzey və kitabxana işində biz Rusiya ilə proqramlar həyata keçiririk. Bizim aramızdakı mədəni dialoq kəsilmir, biz daim əlaqə saxlayırıq”,- deyə Ə.Qarayev qeyd edib.
Nazir mədəniyyətlərarası əlaqələrin inkişafının mədəni diplomatiyanın vacib komponenti olduğunu söyləyib.
“Mədəniyyət siyasi uyğunsuzluqları aradan qaldıraraq xalqlar arasında körpülərin qurulmasına, münaqişəli vəziyyətlərin həllinə, xalqların və icmaların yaxınlaşmasına kömək edir”, - deyə nazir qeyd edib.
Ə.Qarayevin sözlərinə görə, Azərbaycanda iki ildə bir dəfə beynəlxalq qlobal forum təşkil edilir ki, Rusiya tərəfi də bu forumun işində fəal iştirak edir.
O, Rusiya ilə turizm sahəsində uğurlu əməkdaşlığın mövcud olduğunu xatırladıb.
“Azərbaycana gələn turistlərin sayına görə Rusiya ikinci və ya üçüncü yeri tutur. Biz bu sahədə böyük layihələr, o cümlədən müalicə turizmi layihəsini həyata keçiririk. Dil maneəsinin olmaması rusiyalı turistlərlə əlaqələri asanlaşdırır və stimullaşdırır”,- deyə nazir qeyd edib.
R.Babayev
SİF və “Bank Respublika”nın dəstəyilə Şuşada sahibkarlıq subyekti fəaliyyətə başladı!
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Yelo Bank-ın əsas maliyyə göstəricilərində pozitiv tendensiya davam edir!
“Azpetrol” 27 yaşını qeyd edir!
Bank Respublika inkişaf tempini əhəmiyyətli dərəcədə artıraraq yüksək nəticələr əldə edib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo App-də komissiyasız xarici pulköçürmələri!
İllik 9.5% ilə kredit üçün son bir həftə!
Bank Respublika və SİF media nümayəndələri üçün Lənkərana press-tur təşkil edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət