Rusiya Dövlət Dumasının müşahidə missiyasının və MDB Parlamentlərarası Assambleyasının rəhbəri Leonid Slutski qeyd edir ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) respublikada keçirilən seçkilərin monitorinqini aparmaq üçün müşahidəçilər göndərməyib, çünki seçkilər çox yaxşı təşkil olunub.
“Təəssüf ki, DTİHB beynəlxalq səviyyədə gözdə çöp axtarır, KİV-lərdə Azərbaycana və mənim ölkəm Rusiyaya təzyiq göstərilir”, - deyə L.Slutski Bakıda seçki məntəqələrindən birində jurnalistlərə bildirib.
O qeyd edib ki, Azərbaycanda seçkilər çox yüksək səviyyədə təşkil edilib.
“Seçkilər çox yaxşı təşkil edilib, DTİHB-nin bu barədə məlumatı var, buna görə də okeanın o tayındakı təlimatçılar bu qurumun seçkiləri müşahidə etməməsi haqqında qərar qəbul edib”,- deyə L.Slutski bildirib.
Onun sözlərinə görə, Azərbaycanda seçkilər ən yüksək səviyyədə təşkil olunub.
“Seçkilər o qədər yaxşı təşkil olunub ki, DTİHB mənfi halların olmayacağını yaxşı başa düşürdü. İnformasiya məkanında mənfi halların çox olması üçün okeanın o tayındakı təlimatçılar DTİHB-nin seçkilərə qatılmaması haqqında qərar qəbul etdilər. Lakin neqativ olmayacaq. Bundan başqa, biz Avropa Şurası Parlament Asssambleyası missiyası və müstəqil missiyadan kifayət qədər obyektivlik və ölçülüb-biçilmiş mövqe gözləyirik”, - deyə L.Slutski qeyd edib.
Onun fikrincə, DTİHB missiyasının seçkiləri müşahidə etməkdən imtina etməsi ondan xəbər verir ki, nə vaxtsa nüfuza malik olmuş bu təsisat onunla marionetka kimi davranılmasına icazə verməklə artıq tükәndiyini göstərir, əgər neqativ yoxdursa, demək ki, müşahidə missiyasında iştirak etməkdən imtina edə bilər”.
“Bu, DTİHB-nin mandatına qətiyyən uyğun gəlmir. Qurumun belə qərar qəbul etməsinə təəssüf etməkdən başqa çarə yoxdur. Lakin bu, müasir Azərbaycanın imicinə heç bir təsir göstərməyəcək”,- deyə L. Slutski bildirib.
O qeyd edib ki, DTİBH müşahidəçiləri seçki məntəqəsi açılana qədər onun səsvermə prosesinə hazır olub-olmamasını yoxladılar, məntəqə seçki komissiyasının sədri və üzvləri, müşahidəçilər və ilk seçicilərlə söhbət etdilər.
“Seçki təcrübəsində özünü başqası ilә deyil, özünün bir neçә әvvәlki seçki təcrübənlə müqayisә etmәlisәn. Qeyd etməliyəm ki, seçki məntəqələrində hər şey çox yaxşı təşkil edilib. Biz əsas və daşınan seçki qutularının möhürlәnmәsindә iştirak etdik, səsvermə üçün nəzərdə tutulan kompüterləri yoxladıq. Nәinki iradımız yoxdur, hәtta hәr şeydәn çox razıyıq, Azərbaycan xalqının bütün nümayəndələrinə öz vətəndaş borclarını yerinə yetirməyi arzu edirəm”,- deyə L. Slutski söyləyib.
F.İsazadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət