Azərbaycanın baş naziri Artur Rasizadə bazar günü 16 saylı Yasamal ikinciseçki dairəsinin 29 saylı seçki məntəqəsində səs verib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri məlumat verir.
Parlament seçkilərində 125 yer uğrunda 767 namizəd mübarizə aparır. Beləliklə, bir deputat yerinə 6 namizəd iddiaçıdır.
Namizədlərin təxminən yarısı siyasi partiyaların nümayəndələri, qalanları isə müstəqil namizədlərdir.
Milli Məclisə seçkilərdə 15 siyasi partiya iştirak edir, 7 partiya isə “Azadlıq-2015” siyasi partiyalar blokunda birləşib.
Azərbaycanda 5,2 mln.-a yaxın şəxs səsvermə hüququna malikdir, onlar 125 seçki dairəsinin 5 min 547 seçki məntəqəsində səs verə bilər.
Azərbaycanda seçkilər seçicilərin fəallığından asılı olmayaraq baş tutmuş hesab edilir.
66 minə yaxın müşahidəçi seçkilərin monitorinqini həyata keçirir. Monitorinqdə yerli müşahidəçilərlə yanaşı, 27 ölkə və 40-a yaxın müxtəlif beynəlxalq təşkilatın, o cümlədən AŞPA, MDB Parlamentlərarası Assambleyası, TürkPA, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının 500-dən artıq nümayəndəsi iştirak edir.
Azərbaycanda seçkilərin keçirilməsinin şəffaflığı hər beş məntəqədən bir quraşdırılmış veb-kameralar vasitəsilə təmin edilir. O cümlədən seçkilərdə eyni şəxsin təkrar səs verməsinə yol verməmək üçün seçicilərin barmaqlarının mürəkəbblə işarələnməsi təcrübəsi tətbiq olunur.
Səsvemə 19:00-da başa çatacaq.
Parlament seçkilərində “exit-poll”un keçirilməsində 3 yerli, Fransa və ABŞ-ın hər birindən 1 təşkilat iştirak edəcək.
Y.Əliyev
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət