Avropa Şurası Parlament Assambleyası Mərkəzi Seçki Komissiyasının (MSK) tərkibinin formalaşdırılması məsələsində islahatların həyata keçirilməsini vacib hesab edir.
“Təəssüf ki, Azərbaycan Avropa strukturlarının bütün tövsiyələrinə əməl etmir. Məsələn, bu, MSK-nın tərkibinin formalaşdırılmasına aiddir. MSK-nın tərkibinin formalaşdırılmasında islahatların aparılması çox vacibdir”,- deyə AŞPA müşahidə missiyasının rəhbəri Xordi Şukla bazar ertəsi parlament seçkilərinin yekunlarına həsr olunmuş mətbuat konfransında çıxışı zamanı bildirib.
O, Azərbaycanda insan hüquqları ilə bağlı problem olduğunu bildirib.
“Azərbaycanda hələ də insan hüquqları sahəsində problemlər mövcuddur. Bəzi QHT fəalları və hüquq müdafiəçiləri hələ də həbsdədirlər”, - deyə X.Şukla bildirib.
O, seçkiqabağı dövrdə deputatlığa namizədlərin teledebatlarının təşkil olunmamasını da mənfi hal kimi qiymətləndirib.
“Telekanallarda debatların keçirilməməsi bizim üçün şok oldu. Ümid edirəm ki, gələcəkdə seçkilərin demokratik proses olduğu aydın olacaq və Azərbaycanda televiziya vasitəsi ilə teledebatlar təşkil olunacaq”, - deyə o vurğulayıb.
AŞPA missiyası ümumilikdə parlament seçkilərinin beynəlxalq standartlara uyğun keçirildiyini bildirib.
R.Babayev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət