Ukraynanın MEGOGO media-şirkəti Azərbaycan və Gürcüstanda nümayəndəlik açır. Bu barədə şirkətdən məlumat verilib.
“Servisin qloballaşdırılması və lokallaşdırılması çərçivəsində MEGOGO fəaliyyət göstərdiyi ölkələrdə mövqelərini gücləndirməyə davam edir. Azərbaycan və Gürcüstanda videoservisin inkişafı ilə məşğul olacaq yeni ofis onlayn kinoteatra biznes fəallığını və regionda istifadəçilərin sayını artırmağa imkan verəcək”, - deyə məlumatda bildirilir.
Bakıda yerləşəcək nümayəndəliyə İT və telekommunikasiya bazarında 12 illik iş təcrübəsinə malik olan Fərid Xəlilov rəhbərlik edəcək. Əvvəllər o, Azərbaycanda məşhur “Allbiz” internet-servisinin ofisinə rəhbərlik edib, o cümlədən “ABC Telecom”, “Kp Media”, “Media point” kimi şirkətlərdə çalışıb.
Ofisin əsas vəzifələrinə Azərbaycan və Gürcüstanda servisin inkişafı, lokal auditoriyanın genişləndirilməsi, reklam avadanlığının satışı, tərəfdaşlıq əlaqələrinin, media və kino industriyası oyunçuları, kontent istehsalçıları ilə qarşılıqlı əlaqələrin qurulması, texniki dəstək və s. daxildir.
Hazırda MEGOGO-nun Azərbaycan və Gürcüstanda aylıq auditoriyası 200 mindən artıq istifadəçidən ibarətdir.
MEGOGO - postsovet məkanının 15 ölkəsində istifadəyə verilən ilk qanuni videoplatformadır. 2011-ci ilin noyabr ayından etibarən fəaliyyət göstərir. 2012-ci ilin sonunda bütün dünyada istifadəyə verilib. Videoservisin aylıq auditoriyası 34 mln. unikal istifadəçidən ibarətdir, resursun kataloquna 70 mindən artıq video: bədii və sənədli filmlər, cizgi filmləri, seriallar, TV proqramlar və şoular, idman və mədəniyyət hadisələrinin yayımı, xəbərlər, musiqi klipləri daxildir.
A.Axundov
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İş axtaranların nəzərinə - "Yelo Career Festival" keçiriləcək!
Bank Respublika və Niderland İnkişaf Bankı arasında növbəti iri həcmli kredit sazişi bağlandı!
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət