Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və Türkiyə Elmlər Akademiyası (TÜBA) arasında anlaşma memorandumu imzalanıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMEA-nın mətbuat xidmətindən məlumat verilib.
AMEA) prezidenti, akademik Akif Əlizadə vəTÜBA prezidenti, professor Əhməd Cavad Acarın görüşündə elmi əməkdaşlığın möhkəmləndirilməsi məsələləri müzakirə edilib. Görüş AMEA-nın 70 illik yubileyi çərçivəsində keçirilib.
Sənədə əsasən, elmi-texnoloji əməkdaşlıq sahəsində möhkəm əlaqələr qurmaq üçün birgə simpozium, konfrans və müxtəlif tədbirlər təşkil etmək, kadr və təcrübə mübadiləsi aparmaq nəzərdə tutulur.
AMEA ilə TÜBA arasında gələcəkdə ikitərəfli elmi əməkdaşlıq əlaqələrini möhkəmləndirmək və müxtəlif istiqamətlərdə qarşılıqlı elmi təcrübə mübadiləsi həyata keçirmək məqsədilə təşkil edilən görüş beynəlxalq akademik qurumlarla növbəti layihələr reallaşdırmağa xidmət edir.
Görüşdə Əhməd Cavad Acar səmimi münasibətə görə AMEA-nın prezidentinə təşəkkürünü bildirib və rəhbərlik etdiyi qurumla bağlı bəzi məlumatları diqqətə çatdırıb.
Eyni zamanda tərəflər müqavilə sayəsində həyata keçiriləcək kadr mübadiləsinin hər iki ölkənin elmi sahədəki inkişafına müsbət təsir göstərəcəyinə əminliyini ifadə ediblər. Memorandumda təcrübədən yararlanmağa cəlb olunan elm adamlarının araşdırmaları ilə fərqlənən alimlər sırasından seçilməsi və təcrübə mübadiləsinin Türkiyə və Azərbaycanda fəaliyyət göstərən elm mərkəzlərinin inkişafına töhfə verməsi ilə bağlı müddəalar öz əksini tapıb.
Müqaviləyə əsasən, tərəflər elmi və texnoloji siyasət sahəsindəki inkişaf, təşkil olunan tədbirlər, müxtəlif tipli elmi nəşr və informasiyalar barədə bir-birlərini qarşılıqlı məlumatlandıracaqlar.
Gələcəkdə əməkdaşlıq əlaqələrini daha da irəlilətmək məqsədilə geniş müzakirələrin təşkil olunduğu görüşdə hər iki qurumun rəhbəri ilə yanaşı, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli də iştirak edib.
A. Zeydullayeva
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət