Azərbaycan və Fransa regionlararası Əməkdaşlıq Şurası yaratmağı planlaşdırır. Bu barədə iqtisadiyyat və sənaye nazirinin müavini Sevinc Həsənova cümə axşamı Azərbaycan-Fransa işgüzar görüşdə çıxış edib.
Görüşün gündəliyində duran əsas məsələ Şuranın yaradılması olub.
“İqtisadiyyat və Sənaye Nazirliyi ilə Fransa Mərkəzləşdirmə və Dövlət Qulluğu üzrə Nazirliyi Azərbaycan-Fransa regionlararası Əməkdaşlıq Şurasının yaradılması üzrə iş həyata keçirir”, - deyə S.Həsənova bildirib.
Fransa Mərkəzləşdirmə və Dövlət Qulluğu üzrə Nazirliyinin regionların islahatları məsələləri üzrə dövlət katibi Andre Valli öz növbəsində qeyd edib ki, Fransa bir sıra digər ölkə ilə bu cür əməkdaşlıq mexanizmlərinin yaradılması üzrə böyük təcrübəyə malikdir.
Həmçinin, A.Vallini Azərbaycan-Fransa regionlararası Əməkdaşlıq Şurasının yaradılması üzrə iki mərhələli proses təklif edib. “Birinci mərhələdə İdarəetmə və Nəzarət Komitəsi yaradıla bilər. Həmin Komitə reallaşdırılan və həyata keçirmək üçün nəzərdə tutulan layihələri öyrənəcək. İkinci mərhələdə qarşılıqlı səfərlər çərçivəsində Fransa və Azərbaycanın yerli idarəetmə orqanlarının iştirakı ilə iclas təşkil oluna bilər. Sonra Şuranın iclasları növbə ilə, hər il Azərbaycan və Fransada keçirilə bilər”, - deyə o vurğulayıb.
Tərəflər regionlararası Əməkdaşlıq Şurasının yaradılması planları ilə əlaqədar hüquqi aspektləri, fəaliyyət mexanizmi və təşkilati-struktur məsələlərini müzakirə ediblər.
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət