Erməni tərəfi Ankara və Moskva arasında münasibətlərin pisləşməsi fonunda Qarabağ münaqişəsi zonasında gəgrinlik yaratmağı qarşısına məqsəd qoyub. Bu barədə azərbaycanlı hərbi ekspert, istefada olan polkovnik Konstantin Manuxin bildirib.
“Məlum olduğu kimi, bir neçə gün öncə Ermənistan prezidenti və müdafiə naziri cəbhə bölgəsində olublar. Bizə dost olan Rusiya və Türkiyə arasında meydana gələn vəziyyətdən istifadə edərək onlar (Ermənistan hakimiyyəti - İF-Az) qarşılarına təxribat xarakterli hərəkətlərə cəhd etmək və atəşkəs rejimini pozmağı şərt qoyublar”, - deyə K.Manuxin “İnterfaks-Azərbaycan” agentliyinə bəyan edib.
K.Manuxin baş verən hadisəni cari ilin iyun ayında Bakıda Birinci Avropa Oyunları ərəfəsində bu idman tədbirini pozmaq məqsədi daşıyan erməni tərəfindən törədilən insidentə oxşar növbəti təxribat adlandırıb.
O xatırladıb ki, yalnız bu gün ərzində 100-ə yaxın atəşkəs pozulması faktı qeydə alınıb, bu da insan tələfatına səbəb olub. “Onlar həmçinin irikalibrli qurğu və minaatanlardan atəş açıblar. Əfsuslar olsun ki, bizim bir nəfər hərbi qulluqçumuz həlak olub, daha bir nəfər yaralanıb”, - deyə K.Manuxin qeyd edib.
“Lakin biz minaatanlar və digər irikalibrli silahlardan adekvat atəş ilə cavab verdik. Çox effektiv. Zənnimcə, çox yaxşı hədəflərə zərbə endirdik”, - deyə hərbi ekspert erməni tərəfinin də itkilərinin olmasını istisna etməyib.
F.İsazadə
AccessBank QMatic alışı üzrə tender elan edir
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azerconnect Group və Vodafone Group arasında tərəfdaşlıq müqaviləsi imzalandı
AccessBank daha bir regionda: Goranboyda yeni filialın açılışı
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət