Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov ilin sonuna kimi Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarqsyan arasında Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına dair danışıqlar prosesi çərçivəsində görüşün keçiriləcəyinə əmin deyil.
“Doğrusu, dekabrda prezidentlərin görüşünün keçiriləcəyinə tam əmin deyiləm. ATƏT-in Minsk qrupunun həmsədrləri bu barədə anons etsələr də, nə Azərbaycan, nə də Ermənistan tərəfindən bu görüşün hazırlanması və keçiriləcəyinə dair yüksək səviyyədə elan olunmayıb”, - deyə R.Musabəyov “İnterfaks-Azərbaycan” agentliyinə bəyan edib.
O vurğulayıb ki, hazırda iki dövlətin başçılarının görüşünün keçirilməsinə dair təklif irəli sürülüb, “bu təklifin üzərində iş aparılır”.
“Düşünürəm ki, əgər bu təklif həmsədr ölkələrdən birinin prezidenti, yəni Putin, Obama və ya Olland tərəfindən dəstəklənməsə və ya nəinki Azərbaycan və Ermənistan prezidentləri, həm də digər ölkələrin dövlət başçıları, ən azı ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin xarici işlər nazirlərinin iştirakı ilə hansısa mühüm beynəlxalq tədbirə həsr olunmasa, o zaman bu il İlham Əliyev ilə Serj Sarqsyan arasında görüşün keçiriləcəyinə bütövlükdə şübhə edirəm. Çünki məndə olan məlumata əsasən, tərəflərin mövqeyi bir-birinə zidd olaraq qalır”, - deyə R.Musabəyov qeyd edib.
Politoloq bazar günü Ermənistanda keçirilən konstitusiyaislahatları ilə bağlı referenduma dair sualı da şərh edib.
“Düşünürəm ki, S.Sarqsyan hər şeyi prezident səlahiyyətlərinin müddəti bitəndən sonra Ermənistanda hakimiyyət sistemi üzərində nəzarəti saxlamaq məqsədilə edir. Referendumun əhalinin iradəsinə nə dərəcədə cavab verməsi barədə rəy yürütmək mənim üçün çətindir. Lakin Ermənistanda hökm sürən ənənəyə əsasən indiki hakimiyyət hər kəsi əzib keçib, hətta etirazlarla üzləşəndə belə qan tökmədən çəkinməyib. Düşünürəm ki, bu halda da S.Sarqsyan geri çəkilməyəcək”, - deyə R.Musabəyov bildirib.
Deputat S.Sarqsyanın Gürcüstanın keçmiş baş naziri Bdzina İvanişvili kimi hərəkət edəcəyini də ehtimal edir.
“Söhbət Sarqsyanın ən azı partiya lideri qismində, İvanişvili kimi evdə oturub və heç nəyə görə məsuliyyət daşımayaraq Ermənistanda hakimiyyəti təmsil edənləri idarə etməyə dair mümkün arzusundan gedir. Lakin istisna etmirəm ki, qısa zaman ötdükdən sonra o, müxtəlif bəhanə ilə nəinki de-fakto, həm də de-yure olaraq Ermənistanda ali hakimiyyəti həyata keçirmək məqsədilə ya hakimiyyətə, ya parlamentə rəhbərlik edə bilər. Yəqin ki, Sarqsyan uzun müddət İvanişvilinin rolunu oynaya bilməyəcək və qısa müddətdən sonra istənilən vəzifə ilə hakimiyyət olimpinə qayıdacaq”, - deyə R.Musabəyov vurğulayıb.
R.Babayev
AccessBank Əmlakın qiymətləndirməsi üzrə tender elan edir
Azpetrol şirkəti Laçın rayonunda Modul tipli YDM istifadəyə verdi
AccessBank QSC PAM (privileged account monitoring tool) alışı üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo taksit kartı ilə təhsil xərclərini qarşıla!
AccessBank-dan Google Pay istifadəçilərinə keşbek kampaniyası
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət