Azərbaycan 2015-ci ildə dünya səviyyəsində dövlətlərin daxili işlərinə müdaxilə şəraitində milli maraqlarını və təhlükəsizliyini qoruyub. Bu barədə Xarici İşlər Nazirliyinin 2015-ci ilin yekunlarına dair mətbuat buraxılışında deyilir.
“Dünya siyasətində dövlətlərin daxili işlərinə müdaxilə və suveren hüquqlarına məhəl qoyulmaması, həmçinin ikili standartların tətbiqinin güclənməsi şəraitində Azərbaycanın xarici siyasət fəaliyyəti milli maraqların qorunması və təhlükəsizliyin möhkəmlənməsi, ölkənin iqtisadi inkişafı üçün münbit şəraitin yaradılması, əhalinin sosial rifahının yaxşılaşdırılması və ölkənin bütün sahələrdə potensialının daha geniş şəkildə təşviq olunmasına yönəlib”, - deyə bəyanatda qeyd olunur.
Sənəddə qeyd edilir ki, 2015-ci il mürəkkəb geosiyasi proseslər, beynəlxalq müstəvidə qlobal qarşıdurmaların artma tendensiyaları, regional silahlı münaqişələr, beynəlxalq terrorçuluq və dini ekstremizmin kəskinləşməsi, maliyyə-iqtisadi böhranın dərinləşməsi, kütləvi miqrasiya və humanitar böhranlarla yadda qalıb.
“Aparıcı dünya güclərinin geosiyasi maraqlarının kəsişdiyi mərkəzdə yerləşən Azərbaycan çoxşaxəli əməkdaşlıq strategiyasına cavab verən məqsədyönlü siyasətini davam etdirərək, xüsusi diqqəti bərabərhüquqlu və qarşılıqlı maraqlara əsaslanan iqtisadi əməkdaşlığın inkişafı, enerji təhlükəsizliyinin təminatı və transregional infrastruktur layihələrinin irəliləməsinə ayırıb”, - deyə bəyanatda vurğulanır.
Həmçinin deyilir ki, ölkə iqtisadiyyatının potensialının xaricdə təbliğ olunması, qeyri-neft sektorunun şaxələndirilməsi, ixracının təşviqi və genişləndirilməsi, xarici sərmayələrin ölkəmizə cəlb edilməsi, ölkəmizdə istehsal olunan məhsul və xidmətlərin rəqabət qabiliyyətinin artırılması, həmçinin xarici ölkələrdə tətbiq olunan müasir texnologiyaların ölkəmizə cəlb edilməsi aparılan xarici iqtisadi əməkdaşlığın əsas istiqamətlərini təşkil edir.
Xarici ölkələrlə ticarət-iqtisadi əlaqələrinin inkişafı məqsədilə 2015-ci il ərzində 11 ölkə (Belarus, Macarıstan, Avstriya, Çexiya, Serbiya, Rusiya, Qazaxıstan, Çin, İran, Türkmənistan, Səudiyyə Ərəbistanı) ilə birgə hökumətlərarası iqtisadi komissiyanın və 2 işçi qrupun (Almaniya və Çinin Sincan-Uyğur Muxtar Rayonu) iclası keçirilib.
Habelə işgüzar dairələr arasında əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində 9 biznes forum (İran, Səudiyyə Ərəbistanı, Avstriya, Belçika, Sinqapur, Niderland, Belarus, Çexiya, Rusiya ilə) təşkil edilib.
“Keçirilmiş görüşlərdə Azərbaycanın ticarət-iqtisadi, sənaye, enerji, nəqliyyat, informasiya və telekommunikasiya texnologiyaları, kənd təsərrüfatı və aqrar sənayesi, turizm və elmi-texniki sahələri üzrə əməkdaşlığın genişləndirilməsi məqsədilə razılaşmalar əldə olunmuş və gələcək əməkdaşlıq istiqamətləri müəyyən edilib”, - deyə bəyanatda deyilir.
XİN vurğulayır ki, Azərbaycanın müstəqilliyi, suverenliyi və milli maraqlarının beynəlxalq aləmdə layiqincə təmin edilməsi və qorunması məqsədilə nazirlik 2016-cı ildə də apardığı çevik və praqmatik xarici siyasət və diplomatik fəaliyyətini artan templə davam etdirəcək.
“Azərbaycanın ərazi bütövlüyünün bərpası və Ermənistanın təcavüzkar siyasətinin nəticələrinin aradan qaldırılması prioritet vəzifə kimi qalacaq. Əsas səylər ikitərəfli və çoxtərəfli münasibətlərdə tarazlaşdırılmış və bərabərhüquqlu əməkdaşlığın inkişaf etdirilməsi, enerji və nəqliyyat sahələrində irimiqyaslı regional infrastruktur layihələrin həyata keçirilməsi və mədəniyyətlərarası dialoqda fəal iştirakın təmin edilməsi ilə Azərbaycanın siyasi, iqtisadi və humanitar sahələrdə mövqeyinin gücləndirilməsinə yönələcək”, - deyə bəyanatda vurğulanır.
F.İsazadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət